Page 310 - design_Topcubashov_Full_Layout 1
P. 310
Əlimərdan bəy Topçubaşov
olduğundan, әvvәlcә silindrimi çıxarıb boş kresloya qoyuram,
sonra lordla salamlaşıram. O, gülәrüzlә әlini uzadır vә
oturmaq üçün mәnә yer göstәrir. Özü dә mәnim yanımda
әylәşir. Professor Broşe isә üzbәüz oturur. Burada artıq heç
nә yoxdur. Adi iş otağıdır. Broşe vasitәsi ilә ona müraciәt
edirәm.
Mәn. Zati-alinizin lütfkar mәktubunu aldım, әlim zәdәli
olsa da, ziyarәtinizә gәlmәyi özümә borc bildim. Azәrbaycan
Parlamentinin sәdri vә Paris sülh konfransında Azәrbaycan
nümayәndә heyәtinin başçısı kimi, zati-alinizlә görüşmәkdәn
böyük mәmnunluq duyuram. Lord Kerzona yazıb randevu
istәmәyi mәqsәdәuyğun saydım; çünki Parisdә lordun katibi
onun hәddәn artıq mәşğul olduğunu bildirmiş, Londonda
görüşmәyin daha asan olacağını demişdi. İndi nümayәndә
heyәtimiz buradadır. Ümidvaram ki, hamımız lord Kerzon
tәrәfindәn qәbul edilәcәyik. Zati-alinizdәn dә bu barәdә
cәnab xarici işlәr nazirinә mәlumat vermәyi xahiş edirәm.
310 Güman edirәm ki, başqa nümayәndә heyәtlәri kimi, bizә dә
belә bir imkan yaradılacaq. Görüş zamanı ilk növbәdә Böyük
Britaniya krallığı Xarici İşlәr Nazirliyinin rәhbәrinә hörmәt
vә ehtiramımızı ifadә etmәk, hәm dә ona son dәrәcә mühüm
mәsәlәlәr haqda şәxsәn mәlumat vermәk istәrdik.
Lord Hardinq. Mәni ziyarәt etdiyinә görә cәnab prezidentә
tәşәkkürümü bildirirәm. Sizә demәliyәm ki, lord Kerzon
indi, hәqiqәtәn dә, çox mәşğuldur. Odur ki, bütün qonaqları
mәn qәbul edirәm. O, heç bir nümayәndә heyәtini yanına
görüşә çağırmayıb. Mәnimlә söhbәt zamanı toxunduğunuz
bütün mәsәlәlәr aidiyyәti üzrә çatdırılacaq.
Mәn. Müstәqilliyimizin de-fakto tanınmasında Böyük
Britaniya nümayәndәlәrinin göstәrdiklәri tәşәbbüs vә yardıma
görә onlara minnәrdarıq. Çox ümid edirik ki, mәsәlә yalnız
bu sәviyyәdә qalmayacaq, hәm dә de-yure tanınacağıq.
Lakin indi mövcud şәraitlә әlaqәdar qarşımıza çox tәcili
xarakter daşıyan mәsәlәlәr çıxıb. Parisdә “Conseil Supreme”-