Page 305 - design_Topcubashov_Full_Layout 1
P. 305
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
qoşulmalıdır. Amma yәqin, onları gözlәmәyәcәyәm. Gәmidә
yer alan kimi yola düşәcәyәm. Parisә tәlәsmәk lazımdır.
Konqresә hәlә çox qalsa da, siz dә tezliklә ora gәlmәlisiniz.
Mәn. Tәbii ki, getmәk olar. Amma nә ilә – bax, әsas
mәsәlә budur. Yadınızdadırsa, hәlә sentyabrda, sizin
gәlişinizdәn әvvәl burada bizim xalqların İsveçrә İttifaqı
tipli federasiyada birlәşmәsi ilә bağlı fәaliyyәt başlamışdım.
O zaman Qafqazın, xüsusәn dә bizim Zaqafqaziyanın nicat
yolunu yalnız bunda görürdüm. Әlbәttә, gürcülәr, ermәnilәr,
azәrbaycanlılar daxili muxtariyyәtlәrini qoruyub saxlayacaqlar.
Lakin İsveçrәdәki kimi ümumi ittifaq tәşkilatlarına malik
olacaqlar. Müttәfiqlәrә vә neytral ölkәlәrә tәqdim edilәn
memorandumda da fikirlәrimi tәxminәn bu istiqamәtdә
inkişaf etdirmişәm.
Oktyabrda biz dә, buradakı ermәni vә gürcü nümayәndәlәri
dә ümumi şәkildә federasiya ideyası ilә razılaşırdıq. Amma
indi hәmin mәsәlәyә necә yanaşdığınızı bilmirәm. Bәlkә,
şәrait dәyişilib? 305
Aqaronyan. Bilirsiniz, bu, çox mürәkkәb mәsәlәdir.
Yadımdadır, mәn Çxenkeliyә yazmışdım, o isә belә cavab
vermişdi ki, hәlәlik bizim ayrı-ayrı respublikalar
möhkәmlәnmәyәnә qәdәr federasiya haqqında düşünmәk
tezdir.
Mәn. Qismәn doğru yanaşmadır. Lakin fikrimcә,
Zaqafqaziya xalqlarının nümayәndәlәri sülh konqresindә
federasiya ilә bağlı bir sәslә danışmalıdır. Bunun böyük
әhәmiyyәti olacaq. Vә doğrusu, güman edirdim ki, siz, elәcә
dә Zaqafqaziya nümayәndәlәri bura gәlmәmişdәn vә Parisә
yola düşmәmişdәn әvvәl bu vacib mәsәlәni yerlәrdә müzakirә
edәcәksiniz.
Aqaronyan. Çox çәtin olardı. Gürcülәrlә isә ümumiyyәtlә,
mümkün deyil. Özünüz görürsünüz onlarla münasibәtlәrimiz
necәdir. Hәm dә bütün bunlar hamısı Tiflisә görәdir. Guya
biz, ermәnilәr ona iddiaçıyıq. Amma öz aramızda demәliyәm