Page 303 - design_Topcubashov_Full_Layout 1
P. 303

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           konfransın tarixi vә müzakirәyә çıxarılan mәsәlәlәr göstә -
           rilmişdi. Belә münasibәt, başımızın üstündәn bu cür iş
           görülmәsi xoşuma gәlmәdi. Ona görә dә dәvәti qәbul etmәdik,
           konfransda iştirakdan boyun qaçırdıq.
               Mәn. Bütün bunlar nә qәdәr dә xoşagәlmәzdir. Bәs
           bizimlә necә, hәlә dә müharibә edirsiniz?  Azәrbaycanla
           münasibәt necәdir?
               Aqaronyan. Sizinlә münasibәtlәrimiz daha yaxşıdır.
           Düzgün istiqamәtdә qurulur. İlk növbәdә onu deyim ki,
           hәlәlik qarşılıqlı tәmsilçilik mәsәlәsi hәllini tapmayıb. Nә
           bizdә, İrәvanda, nә dә sizdә, Bakıda hәlә diplomatik
           nümayәndәlik yoxdur. Buna isә ehtiyac var. Sәbәb Azәrbaycan
           hökumәtinin göndәrmәk istәdiyimiz diplomatik nümayәndә
           Bekzadyanın  421  namizәdliyini qәbul etmәkdәn boyun
           qaçırmasıdır. Hökumәt hәlә  Yelizavetpolda olanda onun
           tәyinatına razılıq verilmişdi. Amma Bakıya köçәndәn sonra
           hansı sәbәbdәnsә münasib bilinmәdi. Bundan әlavә, ermәnilәr,
           әlәlxüsus tanınmış şәxslәr hәlә dә Bakıda görünmәyә,
                                                                       303
           xüsusәn Zaqafqaziya dәmir yolunun sizә mәxsus hissәsindә
           yola çıxmağa qorxurlar. Çünki burada bәzәn ermәnilәrlә
           müsәlmanlar arasında toqquşma hallarına tәsadüf olunmuşdur.
               Azәrbaycan hökumәti ermәnilәrә 3 nazir vәzifәsi,
           Parlamentdә isә deyәsәn, 30-dan çox deputat yeri verib.
           Lakin onlar tәkliflәrdәn boyun qaçırıblar. Bәlkә dә, Parlamentdә
           ermәnilәr var. Lakin kimdirlәr vә neçә nәfәrdirlәr? Doğrusu,
           xәbәrim yoxdur. Nazir vәzifәsindәn isә birmәnalı imtina
           ediblәr.
               Mәn. Bәs öz addımlarını nә ilә әsaslandırırlar?
               Aqaronyan. Bilirsiniz, hökumәt başçısı vәzifәsindә
           Fәtәli xan Xoyskinin qaldığı müddәt әrzindә ermәnilәrin
           Azәrbaycan hakimiyyәtinә münasibәtlәri formal xarakter
           daşıyacaq. Çünki onlar Xoyskini sentyabrda Bakının alınması
           zamanı çoxsaylı ermәnilәrin öldürülmәsinin vә güc tәtbiq
           olunmasının әsas günahkarı sayırlar. Bizimkilәr fikirlәşirlәr
           ki, istәsә, buna yol vermәyә dә bilәrdi.
   298   299   300   301   302   303   304   305   306   307   308