Page 299 - design_Topcubashov_Full_Layout 1
P. 299
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
qәdәr mövcud olan şәkildә müәyyәnlәşdirilmәsi tәlәbi irәli
sürülür? Üstәlik dә, Fәtәli xan yazır ki, әgәr hәqiqәtәn belә
maddә yoxdursa, qoy o zaman konsul bunu mәtbuatdakı
çıxışı vasitәsi ilә elan elәsin. Mәn dәrhal konsula tapşırdım
ki, qәzetlәrdә tәkzib versin. Çünki İran nümayәndә heyәtinin
proqramında, hәqiqәtәn, belә tәlәb yoxdur. Ona görә dә
indiki zamanda bizә әn çox lazım olan şey inam vә birlikdir.
Mәn. Әlbәttә. Amma bir şәrtlә ki, gәrәk hәr ikisi qarşılıqlı
olsun. Özü dә birlәşmәni mәn hәm İranın, hәm dә bizim
Azәrbaycanın müstәqilliyinin vә maraqlarının qorunmasına
әsaslanan ittifaq yaradılmasında görürәm. Mәsәlәyә belә
yanaşsanız, inanın ki, bizim simamızda çox etibarlı müttәfiq
taparsınız.
Nazir. Mәn dә inanıram. Sizә hәr şeyi çox açıq söylәdim.
Allah qoysa, Parisdә dә görüşәrik vә bütün mәsәlәlәr barәdә
daha geniş danışarıq. İndi isә izninizlә, vidalaşım vә
hazırladığınız memorandumun bir nüsxәsini xahiş edim.
Mәn. Böyük mәmnuniyyәtlә. Memorandumu müvafiq 299
müşayiәt mәktubu ilә hökumәtinizә göndәrmәk istәyәn fars
elçisinin adına bir nüsxә hazırlamışam. Bir halda ki, cәnabınız
xarici işlәr naziri kimi buradadır, o zaman hәmin nüsxәni
sizә verәr vә hökumәtinizin diqqәtinә çatdırmağı xahiş
edәrәm.
Nazir. Sizә çox mütәşәkkir olaram.
1
Mәn. Günü sabah çatdıraram . Baş çәkdiyinizә görә çox
sağ olun. Yaxşı yol arzulayıram.
Nazir. Parisdә görüşәnә qәdәr sizi Allaha әmanәt edirәm.
(Onu liftә qәdәr ötürürәm.)
А.М.Топчибашев. Дипломатические
беседы в Стамбуле. 1918–1919 гг.
Баку, 1994, с. 123–126.
1 Memorandum yanvarın 16-da saat 14.30-da xarici işlәr nazirinә tәqdim
edildi. (Müәllifin qeydi.)