Page 295 - design_Topcubashov_Full_Layout 1
P. 295

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           boğurlar. Eyni zamanda Vilson prinsiplәrindәn başqa, tarix,
           tarixi haqq mәsәlәsi dә var. Bu baxımdan әsrlәr boyu İran
           şahlarının hökmü altında olan Zaqafqaziyanın vәziyyәti sizә
           dә yaxşı mәlumdur. Güman edirәm ki, sülh konqresi tarixi
           haqq mәsәlәsini yerli-dibli inkar edә bilmәz.
               Mәn. Yәni demәk istәyirsiniz ki, İran bizim Azәrbaycana
           qarşı iddia qaldıracaq, yaxud qaldırır? Bәlkә, İranın tarixi
           hüquqlarına qarşı daha qәdim xarakterә malik digәr hüquqlar
           ortaya qoyulacaq? Amma az öncә bacardığınız qәdәr kömәk
           edәcәyinizi demişdiniz. Әgәr buna gücünüz çatmasa vә tam
           kömәksiz vәziyyәtdә qalsaq, onda, bәlkә dә, bizim İranla
           birlikdә olmağımız kombinasiyası baş tuta bilәr. Bәs buna
           necә, gücünüz çatar? Sülh konqresindә öz tarixi hüquqlarınızı
           qorumaq niyyәtinizlә bağlı Bakıda danışmısınızmı,
           ümumiyyәtlә, mәsәlәni bizim hökumәtlә müzakirә
           etmisinizmi? Dediklәriniz mәnim üçün yenidir, dәrindәn
           fikirlәşmәyә ehtiyac var.  Amma istәnilәn halda tәşәbbüs
           sizindir.
                                                                       295
               Nazir (bir qәdәr fikirlәşәndәn sonra). Әlbәttә, müzakirә
           etmәk lazımdır. Hәm sizin, hәm dә bizim üçün fövqәladә
           әhәmiyyәtә malik mәsәlәdir. Ona görә dә Parisә mümkün
           qәdәr tez gәlmәyiniz lazımdır. Tәәccüblәnirәm, rәhbәrliyiniz
           altında Parisә getmәli olan nümayәndә heyәti niyә indiyә
           qәdәr burada yoxdur? Düşünürәm ki, tezliklә gәlәrlәr.
           (Saatına baxır.) Oho, tezliklә saat on bir olacaq.
               Mәn. Bizim nümayәndәlәrin adlarını bilirsinizmi? Neçә
           nәfәrdirlәr?
               Nazir. Doğrusu, yadımda qalmayıb, bilmirәm. Salamat
           qalın.  Yenә görüşәrik. Nәdәnsә bizim gәmi dә lәngiyir.
           (Yerindәn qalxır, vidalaşırıq.)


                               А.М.Топчибашев. Дипломатические
                                 беседы в Стамбуле. 1918–1919 гг.
                                            Баку, 1994, с. 116–120.
   290   291   292   293   294   295   296   297   298   299   300