Page 296 - design_Topcubashov_Full_Layout 1
P. 296
Ә.TOPÇUBAŞOVUN ӘLİQULU XANLA
ÜÇÜNCÜ SÖHBӘTİNİN YAZISI
15 yanvar 1919-cu il, saat 18.00–18.30
Pera Palas hoteli
Müşavirül-Mәmaliklә sonuncu görüşdәn sonra bir neçә
gün әrzindә fars nümayәndә heyәtinin üzvlәrini gündüzlәr
nadir hallarda görürdüm, axşamlar isә heyәt hamıdan ayrılırdı,
hansısa fransızlar da onlara qoşulur vә vaxtlarını belәcә
birlikdә keçirirdilәr. Yanvarın 14-dә hotelin yemәkxanasında
hәmişәki masa arxasında oturduğum vaxt xarici işlәr naziri
oğlu ilә birlikdә mәnә yaxınlaşdı, salamlaşandan sonra iki
günә yola düşәcәklәrini, sabah isә yanıma söhbәtә gәlәcәyini
bildirdi.
Ertәsi gün (yәni bu gün) tәxminәn saat 6-da әvvәlcә
katibini göndәrdi ki, otaqda olub-olmadığımı öyrәnsin, sonra
296 özü gәlib 40–45 dәqiqә oturdu. Yataqda uzanmışdım,
qızdırmam vardı, möhkәm zökәm olmuşdum. Amma qalxıb
geyindim, onu qәbul elәdim.
Nazir. Siz dә xәstәlәnmisiniz? Bilirsiniz, gәrәk özünüzü
qoruyasınız. Buranın iqlimi çox pisdir. Çalışın mümkün
qәdәr tez çıxıb gedin. Sizin nümayәndә heyәtinin üzvlәri nә
zaman gәlәcәklәr? Onlar dәrhal özlәrini çatdırmalı idilәr.
Yadımdadır ki, hәtta xәrclәr üçün dә 54 min lirә ayrılmışdı.
Mәn. Hәlәlik bir mәlumat yoxdur. Artıq ermәni
nümayәndәsi gәlib. Onunla bu gün görüşmәli idim. Amma
sәhhәtim imkan vermәdi. Bәs siz nә vaxt yola düşürsünüz?
Nazir. Yәqin ki, sabah. İngilis hәrbi gәmisidir. Onu bizә
ingilislәr verib. Yoxsa buradan çıxa bilmәzdik.
Mәn. Sülh konqresi haqqında fikriniz necәdir? Konqresә
buraxılanlar iclaslara tezmi başlayacaqlar?
Nazir. Hazırlıq iclaslarının bu günlәrdә, lakin yalnız
Antanta nümayәndәlәrinin iştirakı ilә başlayacağı haqda