Page 291 - design_Topcubashov_Full_Layout 1
P. 291
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Respublikasına münasibәti çox da yaxşı deyil. Bu barәdә
әlimdә, tәәssüf ki, o qәdәr dә böyük sayılmayacaq bәzi
sübutlar var. Vә hәmin sübutlar münasibәtlәrimizin çox da
xoş olduğuna dәlalәt etmirlәr. İzin versәniz, sonra bu barәdә
sizә danışaram.
Nazir. Әlbәttә, yenә görüşәcәyik. Lakin indi demәk
istәyirәm ki, siz tәkcә Qafqazda deyil, bizim ölkәdә dә
yaxşı tanınan şәxssiniz. Yәqin, İran hökumәtinin mәhkәmә
işlәrinin tәşkili üçün sizi Tehrana çağırdığı da yadınızdan
çıxmayıb. Biz hәmişә müsәlmanların ümumi mәnafeyini
düşünmüşük. Sizi әmin etmәk istәyirәm ki, yenә dә mәhz
müsәlmanların birgә mәnafeyi naminә biz farslar Azәrbaycana
xoşbәxtlik arzulayırıq. Onun müstәqilliyinә sizinlә birlikdә
sevinәcәyik. Mәnim fikrim belәdir.
Mәn. Doğrusu, başqa münasibәt dә gözlәmirdim. Çünki
müstәqilliyimiz tәk özümüzә deyil, İrana da faydalı olacaq.
Xüsusәn indiki vaxtda! Ona görә, güman edirәm ki, sülh
konqresindә sizin nümayәndә heyәti, әlәlxüsus da zati-aliniz
291
Azәrbaycanın müstәqilliyinә tәrәfdar çıxacaq.
Nazir. Әsla şübhәniz olmasın. Amma bu haqda yenә
danışacağıq.
Mәn. Nә zaman istәsәniz, xidmәtinizdә hazıram. Mәni
yadınızda saxladığınıza vә xoş sözlәrinizә görә, izin verin,
bir daha tәşәkkürümü bildirim. Tezliklә görüşәnәdәk.
Bağışlayın, bir şey soruşacaqdım: siz türk xarici işlәr nazirinin
yanında olmusunuz?
Nazir. Bәli, rәsmi görüşümüz olub. Bilirsiniz, mәn lap
tezliklә, gәmi olan kimi, bәlkә dә, iki-üç günә Parisә yola
düşmәk istәyirәm. Ona görә dә vaxtım çox azdır. İnşallah,
bәlkә, nazirlә yenә görüşә bildik. (Qapıya qәdәr ötürür.)
А.М.Топчибашев. Дипломатические
беседы в Стамбуле. 1918–1919 гг.
Баку, 1994, с. 111–114.