Page 290 - design_Topcubashov_Full_Layout 1
P. 290

Əlimərdan bəy Topçubaşov


                     Mәn. Çox şadam. Әlbәttә, bizim evdә keçirdiyimiz
                  hәmin o xoş axşamı mәn dә çox yaxşı xatırlayıram. İndi siz
                  dә yadıma düşdünüz. Amma tәbii ki, o vaxt cavan idiniz.
                     Nazir. Axı bu, tәxminәn 18–20 il qabaq olub. Üstündәn
                  xeyli vaxt keçib.
                     Mәn. Hә, görünür, yaddaşım mәni bir az aldadır. Ona
                  görә dә sizi birinci dәfә salonda görәndә tanımadım. Bura
                  hansı yolla gәlmisiniz?
                     Nazir. Nümayәndә heyәtimiz Tehrandan Rәştә, oradan
                                                    412
                  da Bakıya gәlib. Bakıda Nәsib bәy , Әbdülәli  bәy 413  vә
                  Әhmәd Ağayevlә görüşdük. Onlardan sizin Parisә göndәrilәn
                  nümayәndә heyәtinin başçısı seçildiyinizi öyrәndik.
                  Hökumәtiniz istefaya gedib. Әvvәlcә sizi baş nazir gәtirmәk
                  istәyirdilәr, sonra Fәtәli xan Xoyskini dilә tuta bildilәr.
                  Eşitdiyim qәdәr, ingilislәr özlәrini mәrifәtli aparır vә
                  hökumәtinizin işlәrinә qarışmırlar. Yolumuz çox yaxşı vә
                  rahat keçdi. Ümumiyyәtlә, ölkәnizdә sakitlik hökm sürür.
                     Mәn. Bakıda çox qaldınız? Daha kimlәrlә görüşdünüz?
         290
                     Nazir. Bakıda iki gün qaldım. Bir axşamı bizim
                  konsulluqda Әhmәd bәy Ağayevlә keçirdik. Xeyli maraqlı
                  söhbәtimiz oldu. Әhmәd bәy hәmişәki adәti üzrә çox qızğın
                  danışır, kәskin şәkildә İranla mümkün birlәşmәnin әleyhinә
                  çıxırdı. Tarixi faktlar gәtirәrәk bәzi xanlıqların yüzilliklәr
                  boyu müstәqil yaşadıqlarını bildirirdi.
                     Mәn. Bu, hәqiqәtdir.
                     Nazir. Bәli, amma o da hәqiqәtdir ki, Azәrbaycan bizim
                  şahların hökmünә tabe olub. Bu mәnada mәn dә Әhmәd
                  bәyә çox qızğınlıqla etirazımı bildirir, hücumlarını dәf etmәyә
                  çalışırdım.
                     Mәn. Yaxşı, sonda hansı nәticәyә gәldiniz?
                     Nazir. Hәrә öz fikrindә qaldı. Amma axı siz bilirsiniz,
                  Әhmәd bәy çox odlu-alovlu adamdır. Siyasi mәsәlәlәrlә
                  bağlı belә müzakirә aparmaq olmaz.
                     Mәn. Orada mәsәlәlәrin necә qoyulduğundan xәbәrim
                  yoxdur.  Amma indi İran hökumәtinin bizim  Azәrbaycan
   285   286   287   288   289   290   291   292   293   294   295