Page 286 - design_Topcubashov_Full_Layout 1
P. 286

Əlimərdan bəy Topçubaşov


                  gәlmәz. Ermәnilәr daha maraqlı xalqdır. Sizin azәrbaycanlılar
                  isә Rusiyadan ayrılmaq fikrindә deyillәr. Düzdür, siz burada
                  tam әksini deyirsiniz. Ukraynaya gәldikdә, onun meydana
                  çıxması çoxdan bәri Rusiyanın cәnubunda oyuncaq bir dövlәt
                  qurmağa can atan almanlarla avstriyalıların işidir. Guya
                  özünü Ukraynanın müstәqilliyi uğrunda mübariz kimi qәlәmә
                  verәnlәrin hamısı qraf Şeptitskilәrin 405  vә Rusiyanın digәr
                  düşmәnlәrinin әlaltılarıdır, satılmış adamlardır. Bunu
                  Malorossiyadan olanlar vә talelәrini bundan sonra da Rusiya
                                                                      406
                  ilә bağlamaq istәyәnlәr yaxşı başa düşürlәr. Qruşevski ,
                  Vinniçenko 407  vә başqa cәnablar isә indiki müstәqillik
                  oyunundan yalnız qazanc götürәcәklәr. Siz Qruşevskinin
                  Kiyevdәki nәhәng malikanәsini görmüsünüz?  Tәbii ki,
                  Avstriya puluna alınıb. Әgәr mәnim fikrimi bilmәk
                  istәyirsinizsә, müstәqil Ukrayna başdan-başa bir anlaşılmaz -
                  lıqdır. O, Rusiyasız yaşaya bilmәz.
                     Mәn. Bәs onda, sizin fikrinizcә, hansı xalqlar müstәqil
         286      yaşaya bilәr?
                     Sazonov. Serblәr, çexlәr. Son müharibәdә serblәr özlәrini
                  necә dә lәyaqәtli apardılar! Bax, mәn bunları başa düşürәm.
                     Mәn. Siz nәyi nәzәrdә tutursunuz?
                     Sazonov (sualıma cavab vermәdәn). Bәs çexlәr? Gördünüz,
                  necә enerji vә sәbatlılıq göstәrdilәr? Ümumәn, keçmiş
                  Avstriya-Macarıstan imperiyasının xalqları... Hәlә bir Türkiyәyә
                  baxın. Mәnә elә gәlir ki, Türkiyә ölü ölkәdir, türk xalqı ölü
                  xalqdır. Bunu türklәr özlәri dә çox yaxşı başa düşürlәr.
                     Mәn. Әksinә, mәhz indiki vaxtda türklәr özlәrini әn
                  hәyat qabiliyyәtli xalq sayırlar. Belә düşünmәk üçün әsasları
                  da var.  Amma mәni daha çox sizin Qafqazla bağlı
                  mülahizәlәriniz maraqlandırır. Mәsәlәn, gürcülәr barәsindә
                  çox kәskin danışdınız. İndi Parisә gedirsiniz. Orada gürcülәrin,
                  ermәnilәrin nümayәndәlәri ilә görüşәcәksiniz.
                     Sazonov. Onlarla niyә görüşmәliyәm? Ümid edirәm ki,
                  bu, mәnә qәtiyyәn lazım olmayacaq. Görüşmәk bir yana
   281   282   283   284   285   286   287   288   289   290   291