Page 284 - design_Topcubashov_Full_Layout 1
P. 284
Əlimərdan bəy Topçubaşov
bolşevizm, ifrat sosializm ideyaları haqda danışırsınız. Lakin
bunlar qәtiyyәn ideya deyillәr. Özgәninkini qamarlamağa,
dağıtmağa yönәlmiş çapovulçu bir cәhddir. Bir ovuc satqın
vә ağılsız bütün Rusiyanı әlә keçirә bilmәz. Ona görә dә
sosializmlә bağlı motiviniz әhәmiyyәtini itirir. Çünki
sosializmdәn biz özümüz imtina edirik.
Mәn. Lütfәn, bir dәqiqә. Deyәk ki, siz imtina edirsiniz,
üz çevirirsiniz, amma indiki anda milyonlarla rus bu
ideyalardan dördәlli yapışıb. Bәli, bir daha tәkrar edirәm:
biz sosializmin әleyhdarıyıq. Xalqımız, çәtin ki, nә zamansa
ifrat sosializm mövqeyindә dayansın. Bolşevizm haqda isә
ümumiyyәtlә, söhbәt ola bilmәz. Lakin yenә deyirәm: artıq
milyonlarla rus insanı bu ideyanın tәrәfdarıdır.
Sazonov. Bilmirәm, ifrat sosializm deyәndә siz nәyi
nәzәrdә tutursunuz? Misal üçün, torpaq mәsәlәsi ilә bağlı
düşünürәm ki, kәndlinin torpağı olmalıdır. Amma mәn ona
belә mәslәhәt verәrdim: “Torpaq istәyirsәn, mülkәdardan
götür, haqqını ödәmәk şәrti ilә”. İdarәetmә ilә bağlı Müәssislәr
284
Mәclisi sözünü deyәcәk. Hakimiyyәt formasını da o müәyyәn
edәcәk. Bilirsiniz, gәlәcәkdә vәziyyәtin necә olacağı barәdә
tәsәvvürlәrimiz hәlә azdır. Keçmiş vaxtlardan danışarkәn
rusların xalqınızı bәdbәxt günә qoyduqlarını demәkdә haqlı
deyilsiniz. Mәn isә hesab edirәm ki, Rusiya ucqarlara çox
şey verib, mәdәniyyәt gәtirib. Mәsәlәn, elә Finlandiyanın
özünü götürün. Әvvәli nә idi? Sadә, yoxsul kәndlәr, qayalar,
bataqlıqlar. Rus hakimiyyәti dövründә mәdәni ölkәyә çevrildi.
İndi isә finlәr deyir ki, Rusiya ilә bir yerdә olmaq istәmirlәr.
Bәs Türküstan? Orada suvarma kanallarını, dәmir yollarını
kim çәkib? Tәhsil müәssisәlәrinin әsasını kim qoyub? Axı
hәr tәrәf bomboş düzәnlik, sәhra idi...
Mәn (sözünü kәsәrәk). Bağışlayın, mәsәlә dediyiniz
şәkildә deyil. Türküstanın çiçәklәnәn şәhәrlәri vardı.
Sәmәrqәnd bütün Şәrqin mәdәniyyәt mәrkәzi idi.
Sazonov (mәnim sözümü kәsәrәk). Ola bilәr. Amma hәr
şey qumun altında qalmışdı. Götürәk sizin Azәrbaycanı.