Page 280 - design_Topcubashov_Full_Layout 1
P. 280

Əlimərdan bəy Topçubaşov


                  qәtliamları (bilmirәm, deyәsәn, sizin Bakıda әvvәlcә ermәnilәr
                  tatarları qırmışdılar, sentyabrda isә әksinә oldu) unutmaq
                  imkan xaricindәdir. Hәlә әvvәllәr dә soyqırımları olub.
                     Mәn. Konfederasiyada birlәşmәyin çәtinliyini mәn dә
                  anlayıram. Lakin әsaslandığım motivlәr tamam fәrqlidir.
                  Sizin bәhs etdiyiniz toqquşmalar isә bir etnik vahidin ayrı-
                  ayrı hissәlәri arasında da baş verir.
                     Sazonov (sözümü kәsәrәk). Qoyun bunu sizә deyim:
                  dәfәlәrlә eşitdiyimә görә, Qafqaz müsәlmanları ruslara çox
                  bağlıdır vә Rusiyadan ayrılmaq istәmirlәr. Әlbәttә, daha
                  yaxşısını siz bilirsiniz, amma oradan qayıdan ruslar gürcülәrin
                  Tiflisdә vәzifәdәn uzaqlaşdırdığı, xidmәtdәn qovduğu rus
                  mәmurlarına tatarların  Yelizavetpolda vә başqa yerlәrdә
                  necә yaxşı münasibәt bәslәmәlәrindәn böyük coşqu hissi ilә
                  danışırdılar. Sizin müsәlmanlar haqda bu rәylәri eşidәrkәn
                  biz dә ürәyimizdә onların hadisәlәrә belә sakit, yetkin
                  yanaşma tәrzinә hәm sevinir, hәm dә şadlanırdıq. İndi isә
                  siz Rusiyada bu qәdәr sevilәn, yüksәk qiymәtlәndirilәn
         280
                  müsәlmanların separatizmindәn bәhs edirsiniz.
                     Mәn (onun sözünü kәsәrәk). Әvvәla, icazәnizlә deyim
                  ki, biz Rusiyadan ayrılmamışıq, Rusiya özü gedib. Özümüzü
                  elә vәziyyәtdә gördük ki... (Qapı döyülür, otağa iki nәfәr
                  daxil olur. Cәnab Sazonovun yaxın tanışlarıdır, hәtta biri,
                  bәlkә dә, qohumudur. Çünki ona ümumi qohumlar haqda
                  mәlumat verir, söhbәtimizә mane olduğu üçün üzr istәyir.
                  V.İ.Savitski deyir ki, artıq saat doqquzun yarısıdır. Şam
                  etmәk vaxtıdır.)
                     Sazonov. Birlikdә şam edәcәksiniz? Onda hәlәlik. Bәlkә,
                  yenә görüşdük.
                     Mәn. Әgәr burada olsanız, mәn dә mәmnuniyyәtlә
                  görüşmәk istәrdim. Hәlәlik, salamat qalın.

                                      А.М.Топчибашев. Дипломатические
                                        беседы в Стамбуле. 1918–1919 гг.
                                                     Баку, 1994, с. 92–96.
   275   276   277   278   279   280   281   282   283   284   285