Page 275 - design_Topcubashov_Full_Layout 1
P. 275
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
390
yaranıb. Sulkeviç 389 getdi, indi iqtidarda Solomon Krım ,
391
Vinaver , Nabokov 392 vә başqalarıdır. Müsәlman nümayәndәsi
dә var. (Bütün bu müddәt әrzindә qapı döyülür, katib iki
dәfә içәri girir.)
Mәn. Çox tәәssüflәnirәm ki, daxili quberniyaların
müsәlmanları saya salınmırlar. Axı onlar da istәnilәn halda
Rusiyada yaşayırlar, Rusiya ilә birlikdәdirlәr. Türkiyәyә
hansı meyildәn söhbәt gedә bilәr? Doğrudanmı, bundan
sonra da müsәlmanlara münasibәtdә köhnә sәhvlәr yenә
tәkrarlanacaq? Axı әgәr vaxtında hәmin sәhvlәr buraxılmasaydı,
bu gün Rusiyada vә Türkiyәdә gördüklәrimizin çoxu baş
vermәyә bilәrdi. Fikrimlә razısınızmı?
Milyukov. Keçmişdә çox sәhv olub. Lakin bundan sonra
Türkiyә ilә Rusiya anlaşma şәraitindә yaşamalıdır. İndicә
“Vakıt” qәzetindәn Әhmәd Emin dә mәnә bu barәdә danışırdı.
Yәqin, sizinlә yenә görüşüb söhbәt edәcәyik.
Mәn. Siz hәlә burada çox qalacaqsınız?
Milyukov. Bu, admiral Ametin 393 teleqramının cavabından 275
asılıdır. Hәmin teleqramla o, bizim Parisә gәlmәyimizә icazә
istәyir. İndi mәlum olub ki, xeyli vaxtdır buradan nә quru,
nә dә dәnuz yolu ilә heç kimi Avropaya buraxmırlar. Biz
Saloniki vә Pireyә deyil, birbaşa Marselә getmәyә qәrar
vermişik. Oradan isә İtaliyaya keçәcәyik. Axı İtaliya da
müttәfiqdir, elә-belә ötüb getmәk olmaz. Az da olsa, dayanmaq
lazımdır. Amma daha çox Parisә tәlәsmәliyik.
Mәn. Deyәsәn, sizi gözlәyirlәr. Ona görә dә vidalaşıram.
Milyukov. Hәlәlik. Әlbәttә, sizinlә mütlәq görüşәcәyik.
А.М.Топчибашев. Дипломатические
беседы в Стамбуле. 1918–1919 гг.
Баку, 1994, с. 79–85.