Page 272 - design_Topcubashov_Full_Layout 1
P. 272

Əlimərdan bəy Topçubaşov


                  qoşunları ora daxil olsa, rus mujikinin gözündә sonuncuların
                  dәyәri qat-qat artacaq. Bu da öz növbәsindә Müttәfiqlәrin
                  vә bizim ordunun uğur qazanmasına kömәk edәcәk.
                  Dediyimdәn başqa, sәrәncamımızda Denikinin komandası
                  altında 60 min nәfәrlik ordu var. Onlar da bolşeviklәrә
                  barışmaz münasibәt bәslәyirlәr.
                     Mәn. Söhbәt kimdәn gedir? Kazaklardan?
                     Milyukov. Çox ehtimal ki, bәli. Eyni zamanda ümid
                  edirik ki, Qırmızı ordudakı әsgәrlәr, xüsusәn dә zabitlәr
                  (әlbәttә, hamısı yox, bir hissәsi) qarşılarında xarici hәrbi
                  güclәr görünәn kimi bizә tәrәf keçәcәklәr.
                     Mәn. Bәs Çexoslovakiya qoşunları? 380
                     Milyukov. Onlar cәmisi 5260 nәfәrdir. İndi Sibirdәdirlәr
                  vә vәtәnlәrinә qayıtmağa can atırlar.
                     Mәn. Baxın, Pavel Nikolayeviç, başqa bir maraqlı mәsәlә
                  dә var. Bolşevik hakimiyyәtinin yayıldığı әrazilәr hansı
                  ölçüdәdir? Böyüyüb, yoxsa kiçilib? Rәhbәrlәri dәyişib, yoxsa
         272      әvvәlkilәrdir?
                     Milyukov. Hesab edin ki, әvvәlki kimi bütün Mәrkәzi
                  Rusiya bolşevik hakimiyyәti altındadır. Kiyev, Odessa,
                  ümumiyyәtlә, Ukrayna onlardan tamam üz döndәrib. Lakin
                  şimal-şәrqdә, Volqaboyu vә Volqadan o taydakı quberniyalarda,
                  xüsusәn dә ucqarlarda – Qafqazda,  Türküstanda nә baş
                  verdiyi barәdә heç bir mәlumatımız yoxdur.
                     Bolşevizm, deyәsәn, artıq dirәnib vә getdikcә tәsirini
                  azaltmalıdır. Çünki narazılıq hәrәkatları sәngimir, hәmin
                  әhval-ruhiyyә isә әhalini çox güclü şәkildә bolşeviklәrә qarşı
                  qaldırır. Nәticәdә xalqı itaәtdә saxlamaq üçün cәza tәdbirlәrini
                  daha da güclәndirirlәr. Rәhbәrlәri yenә hәmin Leninlә 381
                           382
                  Trotskidir . Әn çox Petroqrada heyfım gәlir. Kimin imkanı
                  var, şәhәrdәn qaçıb. Hәr şey sükuta qәrq olub, ölüb.
                     Mәn. Ufada meydana çıxan hansısa hökumәt    383  haqda
                  da danışırlar. Sizin, yaxud tәşkilatınızın onlarla bir әlaqәsi
                  var?
   267   268   269   270   271   272   273   274   275   276   277