Page 274 - design_Topcubashov_Full_Layout 1
P. 274
Əlimərdan bəy Topçubaşov
Mәn. Bәs Rusiyadan ayrılan hissәlәr? Mәsәlәn, indi
bizim Zaqafqaziyada öz hökumәti, ordusu vә s. olan üç
respublika mövcuddur.
Milyukov. Başa düşürәm ki, xalqlarınız özlәrinә xilas
yolu aramalı idilәr: bu müstәvidәn yanaşanda sizdә
respublikaların yaranması tәbiidir. Mәhz belә hәrәkәt etmәli
idiniz. Lakin digәr tәrәfdәn, respublikalarınızın meydana
gәlmәsindә almanların әlini vә onların son vaxtlar yürütdüklәri
şәrq siyasәtinin izlәrini görmәmәk qeyri-mümkündür.
Mәn. Almanlarla bağlı fikrinizlә mübahisә etmәk olar.
Çünki bunun mәhz belә olduğu böyük sual altındadır. Lakin
bir mәsәlә aydındır ki, Rusiya özü bizdәn uzaqlaşdı. Ordu
getdi, hakimiyyәt getdi. Yaxşı, bәs sonra? İndi ayrılanlara
münasibәt necә olacaq?
Milyukov. Sonra? Bir şey demәk çәtindir. Mәsәlә
mürәkkәb vә qarışıqdır. Әlbәttә, ayrılan әrazilәrin әhalisinin
fikri çox mühümdür. Hәm dә bizdәn ötrü indi әn vacib
274 mәsәlә Mәrkәzi Rusiyadır. Siz necә düşünürsünüz?
Mәn. Düşünürәm ki, xalqlar artıq talelәrini hәll ediblәr.
Eyni sözlәr biz azәrbaycanlılara da aiddir.
Milyukov. İndi orada sakitlikdir? Heç bir mәlumatımız
yoxdur. Tәk onu bilirik ki, Xәzәr dәnizi ingilislәrin әlindәdir.
Yәqin ki, Bakını da tutublar.
Mәn. Rәsmi mәlumat yoxdur. Lakin ortalıqda şayiәlәr
dolaşır. Tәәssüflәr olsun ki, mәnim dә Zaqafqaziya haqda
mәlumatım azdır. Ancaq bildiyim qәdәr sakitlikdir. Sizdәn
bir mәsәlә ilә bağlı da soruşmaq istәyirdim. Volqaboyu
müsәlmanları ilә hәr hansı әlaqә mövcuddurmu?
Milyukov. Tәәssüf ki, yox. Axı müsәlmanlar hәr yerdә
hәyatlarını özlәri qurur vә daha çox Türkiyәyә meyil edirlәr.
Hәm dә düzünü deyim ki, siz bu son vaxtlarda gördüyüm ilk
müsәlmansınız. Amma bu müddәt әrzindә Kiyevdә ermәnilәrlә,
gürcülәrlә çox görüşmüşәm. Odessada da ermәni vә gürcü
tanışlarım vardı. Daha bir yenilik – Krımda yeni hökumәt