Page 279 - design_Topcubashov_Full_Layout 1
P. 279

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           icra strukturları, ordusu yaranıb. Vә indi idarәçilik bütünlüklә
           Azәrbaycan hökumәtinin әlindәdir.
               Sazonov. Yaxşı, әgәr ingilislәr olmasa, özünüz vәziyyәti
           nәzarәtdә saxlamağa, qayda-qanun yaratmağa qadirsinizmi?
               Mәn. Bәli, bu işin öhdәsindәn gәldik. İndi bizim
           Azәrbaycanda sakitlikdir, ölkәnin hәr tәrәfindә qayda-qanun
           hökm sürür. Xalqımızın hәr yerdә, xüsusәn dә Bakıda
           bolşeviklәrdәn nәlәr çәkdiklәrini vә bütün bunların
           insanlarımızın psixologiyasına necә tәsir etdiyini nәzәrә
           alanda burada anlaşılmayacaq bir şey yoxdur.
               Bәlkә dә, mәnim mәsәlәyә münasibәtim yanlış yanaşmadır.
           Lakin xalqın düşüncәsindә bolşevizm vә onun mәhvedici
           tәsirlәri sadәcә rus insanının ruhuna uyğun hadisә kimi әks-
           sәda doğurur. Ona görә dә azәrbaycanlılar, bәlkә dә, geridә
           qalmış, әn azı ifrat sosialist tәmayüllәrdәn uzaq toplum kimi
           bolşevizm mәsәlәsindә rus xalqı ilә bir sırada gedә bilmәz,
           ona ayaq uyuşdura bilmәz. Azәrbaycanlılar sosial-bolşevizmә
           әsaslanan hәyat tәrzini mәnimsәmәk, qәbul etmәk, onun       279
           prinsiplәri ilә yaşamaq iqtidarında deyillәr.
               Sazonov. Demәli, Qafqaz tatarları, yәni müsәlmanlar
           artıq Rusiyanı dәfn ediblәr vә üzәrindә dә böyük bir xaç
           qoyublar?
               Mәn. Qәtiyyәn! Biz azәrbaycanlılar öz yolumuzla gedib,
           öz gücümüzә vә tәsәvvürlәrimizә uyğun yaşam tәrzi seçәrәk
           hәm dә gәlәcәk Rusiyanın tәmiz rus әhalidәn ibarәt rus
           әyalәtlәrinin üzlәşәcәyi çәtinliklәri azaldırıq. Nәhayәt, biz
           qonşularımız gürcü vә ermәnilәrlә dostluq şәraitindә yaşamaq,
           gәlәcәkdә İsveçrә İttifaqı kimi vahid federativ respublikada
           birlәşmәk haqda düşünürük.
               Sazonov. Çәtin ki, bu mümkün olsun. Qafqaz xalqları
           arasındakı fәrqlәr hәddәn artıq böyükdür. Xüsusәn dә
           ermәnilәr heç vaxt sizinlә bir yerdә olmaq istәmәzlәr.
           Qafqazda tatarların, müsәlmanların ermәnilәrlә nә qәdәr
           qanlı toqquşmaları olub!  Ayrı-ayrı xalqlar arasındakı
           müharibәlәri unutmaq mümkündür, amma qәtliamı, hәtta
   274   275   276   277   278   279   280   281   282   283   284