Page 282 - design_Topcubashov_Full_Layout 1
P. 282

Əlimərdan bəy Topçubaşov


                     Sazonov. Bilmirәm, hansısa bir hamama getmişdim.
                  Amma elә dә tәmiz deyildi. Söhbәt yaxşı hamamdan gedirsә,
                  belәsini ancaq Tiflisdә tapmaq olar. Ayrı alәmdir! İstәnilәn
                  temperaturda su var. Özü dә tәbii!
                     Mәn. Tiflisdә çoxdan olmusunuz?
                     Sazonov. Eh, bәlkә dә, yüz il әvvәl! Lap çoxdan, deyәsәn,
                  1887-ci ildә. Bәli, vaxt sürәtlә ötür. İndi 58 yaşım var.
                  Amma özümü gümrah hiss edirәm. Bu gün Vladimir İvanoviçlә
                  piyada xeyli gәzmişik. Ayasofya kilsәsinә getdik. Bilirsiniz,
                  mәnә elә gәlir ki, son 10–15 ildә Konstantinopolun zahiri
                  görünüşü xeyli dәyişib. Siz necә fikirlәşirsiniz? Baxın, indi
                  hәtta başdan-başa türklәrin yaşadıqları mәhәllәlәrdә dә
                  çadralı qadına rast gәlmәzsiniz. Bәlkә, üzünә yüngülcә bir
                  tor örtü salıb. Elә deyilmi?
                     Mәn. Hәr halda, yaşlı qadınlar üzlәrini bağlayırlar.
                     Sazonov (sözümü kәsәrәk). Elә mәsәlә burasındadır ki,
                  bu gün biz çox da cavan olmayan türk qadınları gördük,
         282      hamısı da çadrasız. Hәtta bәzilәri üzlәrinә tor örtü dә
                  salmamışdı. Bәs sizdә, Bakıda necәdir?
                     Mәn. Bizdә dә ziyalı tәbәqәnin qız-qadınları çadrasız
                  gәzir.
                     Savitski. Fikrimcә, Azәrbaycan müsәlmanları bu mәsәlәdә
                  türklәrdәn bir baş yuxarı dayanır. Bax, mәsәlәn sizdә,
                  Әlimәrdan bәy, tәk xanımınız deyil, xanımınızın anası, sizin
                  gözәl “belle mere” (fr.: “qayınana”) dә çadrasız gәzir. Orta
                  tәhsil alıb. Qızlarınız da çadrasızdırlar. Tiflisdә isә ümumiyyәtlә,
                  çadra görmәdim.
                     Mәn (Sazonova tәrәf çevrilәrәk). İcazәnizlә, dünәn
                  yarımçıq qalan söhbәtimizi davam etdirәk.
                     Sazonov. Buyurun, sizi dinlәyirәm.
                     Mәn. Söhbәtә dünәn Rusiya haqda dediyim fikri bir
                  daha tәsdiq etmәklә başlamaq istәyirәm.  Azәrbaycanlılar
                  rusların düşmәni deyil. Sizә ölkәnizdә ürәyiniz istәyәn cür –
                  bolşevik, sosialist, hәtta monarxiya quruluşu şәraitindә
   277   278   279   280   281   282   283   284   285   286   287