Page 287 - design_Topcubashov_Full_Layout 1
P. 287
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
qalsın, hәtta fikirlәşirәm ki, onların heç birini, ümumiyyәtlә,
sülh konqresinә buraxmayacaqlar.
Mәn. Yәni sizin sözlәrinizdәn belә çıxır ki, Qafqaz
xalqlarından heç birinin müstәqilliyini tanımayacaqlar? Bәs
onda Vilson prinsiplәri?
Sazonov. Vilson prinsiplәri ideologiyadan başqa bir şey
deyil. Axı hәm dә orada yeni bir şey yoxdur. O, sadәcә
tәcrübәdә, özәlliklә hәyatda tәtbiqi çәtin baş tuta bilәcәk
ümumi nәzәri mülahizәlәri bir yerә toplayıb vә sistemә
salıb. Mәnә inanın, Vilson prinsiplәri hәlledici әhәmiyyәt
daşımayacaq. Artıq daha gecdir, bu gün çox gәzmişәm,
yorulmuşam. Bәlkә, yenә dә görüşdük, hәlәlik isә sağ olun.
(Savitski ilә birlikdә gedir.)
Ertәsi gün iki dәfә tәk V.İ.Savitski ilә görüşdük. O,
Sazonovun vә başqalarının Vilson prinsiplәrinә münasibәtini
daha aydın şәrh etdi. Doğrudan da, rusların hamısı Vilson
bәyannamәsinә elә dә ciddi әhәmiyyәt vermirlәr, onun
müddәalarının ümumi nәzәri sәciyyә daşıması mәsәlәsindә 287
fikirlәri, demәk olar ki, üst-üstә düşür. Hәm dә mәsәlәnin
xüsusilә mühüm tәrәfi budur ki, tәkcә indi siyasi sәhnәyә
can atan rus xadimlәri belә düşünmürlәr, onların burada,
Yekaterinodarda, Odessada görüşә bildiklәri Müttәfiq
dövlәtlәrin nümayәndәlәri dә eyni cür fikirlәşirlәr.
V.İ.Savitski güman edir ki, belә yanaşma tәrzi sülh
konqresindә dә üstünlük tәşkil edәcәk. Başqa cür dә mümkün
deyil. Çünki beynәlxalq hәyat Vilson prinsiplәri kimi nәzәri
müddәalarla tәnzimlәnә bilmәz. Sazonovun fikrincә, bu
prinsiplәr (V.İ.Savitskinin dediyinә görә) indiyә qәdәr
ziyandan başqa bir fayda gәtirmәyib. Sadәcә, müstәqilliklәri
sülh konqresindә mәdәni, iqtisadi, coğrafi vә bir sıra digәr
mülahizәlәrә görә tanınmayacaq kiçik xalqlarda yersiz
ümidlәr doğurub. Müttәfiqlәrin maraqları, çox böyük ehtimalla,
sadaladığımız digәr bütün maraqlardan üstün tutulacaq. Әn
azı Rusiya xalqlarına münasibәtdә belә olacaq. Çünki bu