Page 292 - design_Topcubashov_Full_Layout 1
P. 292
Ә.TOPÇUBAŞOVUN
ӘLİQULU XANLA İKİNCİ
SÖHBӘTİNİN YAZISI
12 yanvar 1919-cu il, saat 22.00–22.30
Pera Palas hoteli
Şam yemәyindәn sonra fars nümayәndә heyәtinin bütün
üzvlәri ikinci salonda pәncәrәnin önündә oturmuşdular.
Xarici işlәr nazirinә yaxınlaşıram. O, mәni heyәtin digәr
414
üzvlәri – Zәkaülmülk , İntizamülmülk , Mirzә Hәsәn
415
xan 416 (müavin) vә b. ilә tanış edir. Aralarında nazirin
Peterburq hüquq mәktәbindә oxuyan oğlu da var. Rus vә
fransız dillәrindә danışır. Әdliyyә nazirinin müşaviri, fransız
müsyö Perni dә buradadır. Nazirin özündәn başqa bizim dili
heç kim bilmir. Ya fransızca, ya da farsca danışırlar.
Nazir. Sultanı ziyarәt etmisiniz? Qәzetlәrdә oxudum.
292
Mәn. Bәli, dünәn.
Nazir. Qәbul yaxşı keçdi? Siz rәsmi vәzifәniz olmasa
belә, xüsusi diqqәt vә ehtirama layiqsiniz.
Mәn. Qәbul yaxşı keçdi vә düşünürәm ki, indiki dövr
üçün mümkün olan diqqәt göstәrildi. Mәn sizdәn Tiflis
barәdә soruşmaq istәyirdim. Oranı necә gördünüz? Ermәnilәrlә
gürcülәrin münasibәtlәri necәdir?
Nazir. Tiflisdә dә iki gün qaldıq. Biz orada olanda
ingilislәrlә fransızların işә qarışmaları nәticәsindә ermәni-
gürcü qarşıdurması artıq sәngimişdi. Amma yenә dә hәr iki
tәrәf bir-birindәn narazı idi. Ümumәn götürәndә milli mәsәlә
Qafqazda çox kәskin şәkildә dayanır vә bütün işlәrә ziyan
vurur.
Mәn. Amma ziyanın qarşısını almaq mümkündür. Bu
mәsәlәdә İran böyük kömәk göstәrә bilәr. Ümumiyyәtlә,
hesab edirәm ki, İran Qafqazdakı hadisәlәrә münasibәtdә
seyrçi mövqe tutmamalıdır. Çünki sosial-siyasi istiqamәtdә