Page 293 - design_Topcubashov_Full_Layout 1
P. 293

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           baş verәn xoşagәlmәz dәyişikliklәr ölkәnizә dә tәsirsiz
           ötüşmür. Baxın, indi bizdә üç, әgәr Şimali Qafqazı da saysaq,
           dörd yeni respublika yaranıb. Onlara münasibәtiniz necәdir?
               Nazir. Bu respublikaları tanıyırıq. Xüsusilә sizin
           Azәrbaycana rәğbәtimiz böyükdür. Әvvәl dә dediyim kimi,
           müstәqilliyinizin әleyhinә deyilik, әksinә, ürәkdәn sevinirik.
           Sizin müstәqil olmağınız İran üçün hәr cәhәtdәn sәrfәlidir.
           İlk növbәdә isә gәlәcәk Rusiya ilә bağlı mәsәlәdә müәyyәn
           zәmanәt qazanmış oluruq.
               Mәn. Zati-alinizin dilindәn bu fikirlәri eşitmәk çox
           xoşdur. Çünki indiyә qәdәr hansısa gizli narazılıq qalmaqda
           idi. Mәn bolşevik әsirliyindәn qayıdandan sonra Yelizavetpolda
           bu barәdә tez-tez eşidirdim. Sizin elçiniz dә fikirlәrini açıq
           şәkildә bildirmәkdәn çәkinmirdi. Deyirdi ki, biz Azәrbaycan
           dövlәtini fars Azәrbaycanını İrandan qoparmaq niyyәti güdәn
           türk siyasi xadimlәrinin diktәsi altında qurmuşuq. Doğrusu,
           bu, mәni çox tәәccüblәndirirdi. Bizim fars Azәrbaycanına
           heç bir iddiamız yoxdur. Sizinlә münasibәtlәrdә dә dostluqdan  293
           vә qarşılıqlı yardımdan başqa heç bir şey axtarmırıq. Әgәr
           Ermәnistan, Gürcüstan respublikalarının mövcudluğuna qarşı
           hәr hansı etirazınız yoxdursa, o zaman nә üçün bizim
           әleyhimizә olmalısınız?
               Nazir. Tamamilә düzgün buyurursunuz. Sizin müstәqil
           olmağınızı daha çox arzulayırıq. Eşitdiklәrinizin hamısı
           “Azәrbaycan” adının düzgün başa düşülmәmәsindәn irәli
           gәlәn anlaşılmazlıqdır.  Axı indiyә qәdәr bizim mәrkәzi
           Tәbriz olan әrazilәrimiz Azәrbaycan adlanırdı. Ancaq mәsәlә
           bunda deyil. Bәs müstәqilliyinizi necә qoruyub saxlaya -
           caqsınız?  Axı qonşularınız – ermәnilәrlә gürcülәr sizә
           düşmәndirlәr. Türkiyәyә görә Antanta dövlәtlәrinin yardımına
           bel bağlamağınız da mümkün deyil. Ümumiyyәtlә, gәrәk
           siz Müttәfiq dövlәtlәrin nümayәndәlәrini ölkәnizdәki vәziyyәtlә
           yaxından tanış edәsiniz.
               Mәn. Elә bu barәdә danışmaq istәyirdim. Burada
           Antantanın bәzi nümayәndәlәri ilә görüşüb onlara Qafqaz
   288   289   290   291   292   293   294   295   296   297   298