Page 294 - design_Topcubashov_Full_Layout 1
P. 294
Əlimərdan bəy Topçubaşov
Azәrbaycanındakı vәziyyәtlә bağlı memorandum tәqdim
etmişәm. Memorandumda belә bir fikri әsaslandırmağa
çalışmışam ki, Qafqazda, xüsusәn dә Zaqafqaziyada hәr
xalqın daxili muxtariyyәtinin qorunub saxlanması şәrti ilә
İsveçrә konfederasiyasına bәnzәyәn vә ittifaq hökumәtinә
malik federasiya formalaşmalıdır. Bildiyim qәdәr, ermәnilәr
vә gürcülәr dә bu fikirlә razıdırlar. Әn azı onların buradakı
nümayәndәlәri federasiya ideyasına tәrәfdar çıxdıqlarını
bәyan ediblәr.
Nazir. Buna böyük şübhәm var. Zәnnimcә, gürcülәr,
әlәlxüsus da ermәnilәr sizinlә birlikdә olmaq istәmәzlәr.
Ermәnilәrlә yola getmәk xüsusәn çox çәtin olacaq. İndi
onların güclü dәstәyi var vә federasiya tәklifindәn boyun
qaçıracaqlar. Öz ermәni çarlıqlarını qurmağa çalışacaqlar.
Mәn. Mәn buna şübhә edirәm. Әlbәttә, çalışacaqlar,
amma çәtin ki, istәdiklәrinә nail ola bilsinlәr. İnanmıram vә
belә fikrin mümkünlüyünü yaxına da buraxmaq istәmirәm.
Türkiyә Ermәnistanının muxtariyyәti – bax, bu, başqa
294
mәsәlәdir. Amma mәlum deyil ki, hansı sәrhәdlәr daxilindә...
Nazir. İstәnilәn halda onlarla qarşı-qarşıya gәlmәk çәtin
olacaq. Bәs ermәnilәrlә gürcülәr, doğrudan da, sizinlә bir
federasiyada birlәşmәk istәmәsәlәr, o zaman nә edәcәksiniz?
Axı onda tamam tәk qalacaqsınız...
Mәn. Nә olacaq ki? O zaman indi etdiyimiz kimi ayrıca
dövlәtimizi quracağıq. Nә ermәnilәrdәn, nә dә gürcülәrdәn
heç bir qorxumuz yoxdur. Bundan sonra Rusiyanın tәrkibinә
qayıtmağı isә qәtiyyәn istәmirik. Ortaya nә cür çәtinliklәr
çıxsa da, ümid edirәm ki, batıb-qırılmarıq, çünki indinin
özündә dә Vilson prinsiplәri әsasında müstәqil siyasi hәyat
yaşamaq üçün bütün imkanlarımız var. Әgәr İran
müstәqilliyimizi, hәqiqәtәn dә, istәyirsә, bu mәsәlәdә bizә
kömәk etmәlidir.
Nazir. Tәәssüf ki, sülh konqresindә sәsimizin vә sözü -
müzün elә bir әhәmiyyәti olmayacaq. Türkiyәnin rolu bizdәn
dә zәif şәkildә meydana çıxacaq, çünki onu hәr tәrәfdәn