Page 298 - design_Topcubashov_Full_Layout 1
P. 298

Əlimərdan bəy Topçubaşov


                  danışmaq lazım idi. Bizimkilәr  Tehrana nümayәndәlәr
                  göndәrә bilәrdilәr. Bir çox sәbәblәrә görә, düşünmürәm ki,
                  irәli sürdüyünüz tәklif qәbul olunsun. Lakin istәnilәn halda
                  bizim hökumәtlә danışmaq lazım idi. Mәsәlәnin başqa cür
                  hәlli necә ola bilәr? Baxın, mәnim geniş sәlahiyyәtim var.
                  Amma Bakı ilә mәslәhәtlәşmәdәn cavab vermәyә çәtinlik
                  çәkirәm.  Yәqin, siz dә eyni vәziyyәtdәsiniz. Şәrtlәrin
                  hazırlanması zamanı elә tәkliflәr ola bilәr ki, mütlәq Tehranın
                  rәyini soruşmaq lazım gәlәr.
                     Nazir. İndiki şәraitdә Tehrandan Bakıya, yaxud da әksinә
                  heç bir nümayәndә göndәrilә bilmәz.
                     Özüm haqda isә deyә bilәrәm ki, şah hökumәti hansı
                  mәsәlә ilә bağlılığından asılı olmayaraq, üzәrimizә
                  götürdüyümüz tәәhhüdlәrdәn boyun qaçırmaz. Hәm dә
                  dediyim tәkliflәri tәlәb kimi irәli sürmәk niyyәtindә deyilәm.
                  Bu, sadәcә gümanlarımdır. Tәbii ki, hәr iki tәrәfdәn müzakirә
                  olunmalıdır.
                     Bir daha istәrdim ki, şәraitin biz müsәlman xalqları üçün
         298
                  necә ağır olduğunu yaddan çıxarmayasınız. Doğrudanmı,
                  belә vәziyyәtdә dә lazımi ağıl, idrak nümayiş etdirә
                  bilmәyәcәyik vә nәticәdә yenә taleyin zәrbәlәrinә mәruz
                  qalacağıq? Baxın, görün Türkiyәnin başına nә oyun açırlar.
                  Çәtin ki, bu dövlәt bir dә qәddini düzәldә bilsin. Demәli,
                  bütün ümidlәr itirilib. Әgәr indi dә hәmrәylik nümayiş etdirә
                  bilmәsәk, onda, demәli, hamımız ölümә, mәhvә mәhkumuq.
                  Xüsusәn dә Qafqazda ruslar, dalınca da gürcülәrlә ermәnilәr
                  (öz aralarında nә qәdәr düşmәnçilik elәsәlәr dә, xristian
                  kimi hәmrәy olmağı bacarırlar) birlәşib sizin, sonra da bizim
                  axırımıza çıxacaqlar. Aramızda qarşılıqlı inam vә etibarın
                  yaranması çox mühüm mәsәlәdir. Sizә aydın bir misal
                  gәtirim. Bakıda olanda konsulumuz mәnә mәlumat verdi ki,
                  Fәtәli xan Xoyski, hәqiqәtәn, rәsmi mәktub yazıb soruşur:
                  doğrudanmı, farsların sülh konfransındakı proqramlarının
                  8-ci maddәsindә İran sәrhәdlәrinin Zaqafqaziyadakı xanlıqları
                  Rusiyaya birlәşdirәnә qәdәr, yәni Gülüstan sülh müqavilәsinә
   293   294   295   296   297   298   299   300   301   302   303