Page 302 - design_Topcubashov_Full_Layout 1
P. 302
Əlimərdan bəy Topçubaşov
Özümüzü Ağstafaya çatdırdıq. Sonra da qatara әylәşib rahatca
Tiflisә gәldik. Tiflis isә od tutub yanırdı...
Mәn (sözünü kәsәrәk). Necә? Haranısa yandırmışdılar?
Aqaronyan. Yox, ehtirasların alovlanması mәnasında
deyirәm. Sәn demә, orada kütlәvi ermәni ovu gedirmiş.
Әllәrinә düşәn ermәnilәrin hamısını hәbs edir, mәhbәsә
atırdılar. Minlәrlә ermәni tutmuşdular. Gürcü Qırmızı
qvardiyası әmәlli-başlı meydan sulayırdı. Düşmәn saydıqları
ermәnilәri yaxalayır, çox vaxt pullarını alıb buraxırdılar.
Hәm dә az pul almırdılar. Mәsәlәn, Kәlәntәrovdan 30 min,
başqa birisindәn 15 min vә s. götürmüşdülәr. Tutulanların
çoxunu sonra Kutaisiyә, hansısa işlәrdә işlәmәyә aparırdılar.
Axırda da, mәsәlәn, belә bir arayış verirdilәr: filan ermәni
bir dә hәbs edilә bilmәz. Bir sözlә, münasibәtlәr son hәddә
qәdәr gәrginlәşib.
Mәn Jordaniyanın yanında oldum, ondan bütün bu
özbaşınalıqları, ilk növbәdә isә hәrbi әmәliyyatları durdurmağı
302 tәlәb etdim. İngilis vә fransızların iştirakı ilә iclas keçirdilәr,
onlar da silahlı münaqişәnin dәrhal dayandırılması tәklifindә
israr etdilәr. Razılıq әldә olundu. Nәticәdә qarışıq komissiya
(ingilislәr, fransızlar, müsәlmanlar, ermәnilәr) yaradıldı. Sülh
konqresindә Lori mәsәlәsinin hәllinә qәdәr komissiya neytral
zonanın idarәçiliyini aparacaq.
Ümumiyyәtlә, bütün bunlar heç ürәkaçan işlәr deyil.
Gürcülәrin bizә – 12 nәfәrdәn ibarәt ermәni nümayәndә
heyәtinә münasibәtindә dә xoşa gәlәn bir şey yox idi.
Heyәtimizә ikinci dәrәcәli, çirkli bir vaqonda kupe ayırmışdılar.
Hәmin vaqonu bizdәn әvvәl, deyәsәn, әrzaq daşımaq üçün
istifadә etmişdilәr. 18 nәfәrlik gürcü heyәtinin bütün üzvlәri
418
(Çxeidze, Sereteli, Nakaşidze , Nikoladze , Qambaşidze 420
419
vә b.) isә birinci dәrәcәli vaqonla gedirdilәr. Başqa fakt:
tәxminәn noyabrın 20-dә, hәlә İrәvanda olanda gürcü
hökumәtindәn Tiflisdә Azәrbaycan vә Şimali Qafqazla
birlikdә keçirilәn konfransa dәvәt aldım. Dәvәtnamәdә