Page 304 - design_Topcubashov_Full_Layout 1
P. 304
Əlimərdan bəy Topçubaşov
Mәn. Lütfәn, axı, deyәsәn, şәhәrә girәn qoşunlar Bakını
iki aydan çox mühasirәdә saxlamışdılar. Mәnim dәqiq
mәlumatım yoxdur.
Aqaronyan (sözümü kәsәrәk). Hadisәlәr mәhz sizin
burada olduğunuz vaxt baş vermişdi. Çoxlu pis şeylәr
danışırlar... Amma istәnilәn halda aramızdakı münasibәtlәr
düzәlmәlidir.
Mәn. Lakin bunu orada, yerindә etmәk lazımdır.
Aqaronyan. Çox tәәssüf ki, alınmadı. İndi bütün ümid
getmәyimizin mütlәq, zәruri olduğu sülh konqresinә qalıb.
Sizin dә nümayәndә heyәti seçilib. Amma tәrkibi çox
böyükdür. Deyәsәn, 30 nәfәr. Heyәtin sәdri kim olacaq –
bax, bunu unutmuşam.
Katib. Әlimәrdan bәyin özü. Ermәni qәzetlәri hәmin
siyahını çap ediblәr. Mәndә qәzet var.
Mәn. Kimlәrin gedәcәyindәn tam xәbәrsizәm. Özümün
sәdr olduğumu isә indi tәsadüfәn sizdәn öyrәndim. Bizim
304 nümayәndәlәrin adlarını desәniz, çox mәmnun olaram. Amma
nәyә görә bu qәdәr çoxdurlar?
Aqaronyan. Mәn dә hesab edirәm ki, çoxdurlar. Mәsәlәn,
gürcülәr 18 nәfәrlә getmәk istәyirdilәr. Lakin Batumda ingi -
lislәr onlara tәklif etdilәr ki, hәmin sayı 12-yә endirsinlәr.
Mәn. Bәs qәzetlәrdә bizim heyәtin yola düşmә vaxtı
göstәrilib?
Aqaronyan. Mәn Tiflisdә olanda deyirdilәr ki,
deputatlarınızın gәlişi gözlәnilir. Onlardan ötrü hәtta vaqon
da hazırlamışdılar. Sonra Batumda yola düşmәmişdәn әvvәl
yenә sizinkilәrin tezliklә ora gәlәcәklәrini eşitdim. Gürcülәr
Batumda onları gözlәyirdi. Yәqin, bu günlәrdә, bәlkә dә,
daha tez gәlib çıxarlar.
Mәn. Siz hәlәlik, deyәsәn, burada tәksiniz? Papacanovu
gözlәyәcәksiniz? Bәs o haradadır?
Aqaronyan. Siz tәrәfә, Bakıya gedib. Çünki ailәsi
oradadır. Tezliklә gәlmәlidir. General Korqanov 422 da bizә