Page 300 - design_Topcubashov_Full_Layout 1
P. 300

Ә.TOPÇUBAŞOVUN ERMӘNİ MİLLİ
                    ŞURASININ SӘDRİ A.AQARONYANLA
                                SÖHBӘTİNİN YAZISI


                                    16 yanvar 1919-cu il, saat 12.00–13.30
                                                         Pera Palas hoteli

                     Ayın 14-dә sәhәr qәzetlәrindә Parisә gedәn A.Aqaronyanın
                  bura gәldiyini oxudum. Nә vaxt görüşә bilәcәyimizi öyrәnmәk
                  üçün dәrhal katibim Haşım bәyi Tokatlıyan hotelinә göndәrdim.
                  Cәnab Aqaronyan ertәsi gün saat 3-dә gәlmәyimi xahiş etdi.
                  Lakin bәrk zökәm olduğumdan soyuğa çıxsam, xәstәliyimin
                  daha da şiddәtlәnәcәyindәn qorxub tәyin edilәn vaxtda
                  görüşә getmәdim. Odur ki, qısa mәktub yazıb üzr istәdim vә
                  xahiş etdim ki, әgәr imkanı olsa, o, mәnim yanıma gәlsin.
                  Cәnab  Aqaronyan lütfkarlıq göstәrib katibi (Tiflisdәndir,
         300      sifәtdәn tanıyıram, lakin soyadını unutmuşam) ilә birlikdә
                  qaldığım hotelә gәldi.
                     Aqaronyan. Salam, Әlimәrdan bәy! Sizә nә olub?
                  Görürәm öskürürsünüz. Bu, heç dә xoşagәlәn iş deyil. Amma
                  bütünlükdә oktyabrdakından qat-qat yaxşı görünürsünüz.
                  Gәrәk özünüzü qoruyasınız, indi burada çox xәstәliklәr
                  yayılıb. Tezliklә sağalmağınızı arzu edirәm.
                     Mәn. Çox sağ olun. Narahatlıq yaratdığıma görә üzr
                  istәyirәm. Gәldiyiniz üçün minnәtdaram. Mәn, demәk olar,
                  hәr şeydәn tәcrid olunmuşam. Heç nәdәn xәbәrim yoxdur.
                  Ona görә dә Qafqazdakı yeniliklәr barәdә sizdәn eşitmәk
                  istәyirәm.
                     Aqaronyan. Lütfәn, heç bir üzrxahlıq lazım deyil. Onsuz
                  da, sizinlә görüşmәdәn buradan getmәk fikrindә deyildim.
                  Olub-keçәnlәr haqda qısaca danışaram.  Amma haradan
                  başlamalı?
                     Mәn. Mәsәlәn, indi gürcülәrlә münasibәtiniz necәdir?
   295   296   297   298   299   300   301   302   303   304   305