Page 297 - design_Topcubashov_Full_Layout 1
P. 297
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
söhbәtlәr qulağıma çatıb. Kimin iclaslara buraxılacağı hәlә
bәlli deyil. Hәr şey orada – Parisdә aydınlaşacaq. Ona görә
dә tәlәsmәk lazımdır.
Mәn. Bilirsiniz, mәn fikirlәşirәm ki, әvvәlcә Bakıya qa -
yı dım, әgәr Parisә göndәrilәcәyәmsә, lazımi adamlarla
görüşüb mәslәhәtlәşim. Fikrimcә, sülh konqresinә yollan -
mazdan әvvәl bir çox mәsәlәlәri yerindә müzakirә edib
ümumi qәrara gәlmәk lazımdır. Hәm dә nәzәrә alsaq ki,
bizә növbә gec, yәni 5–6 aydan sonra çatacaq, o zaman belә
hәrәkәt etmәyә daha çox lüzum var.
Nazir. Bәlkә dә haqlısınız. Mәn dә tәәssüflәnirәm ki,
Bakıda Fәtәli xan Xoyski ilә, ümumiyyәtlә, sizin nazirlәrlә
görüşmәyә imkan olmadı. Xoyski, deyәsәn, xәstә idi.
Bilmirәm qәti qәrarımız necәdir, amma mәnә elә gәlir ki,
Azәrbaycanla bağlı mәsәlәnin әn yaxşı hәll yolu İranla
ittifaq yaratmaq olardı.
Mәn. Necә?
Nazir. İcazә verin, izah edim. Bu sözlәrimlә sizin
297
Tehrandan asılılığınızı nәzәrdә tutmuram. Qәtiyyәn! Tәbii
ki, ölkәniz daxili muxtariyyәtini qoruyub saxlayacaq. Xarici
әlaqәlәrә gәldikdә isә, o, xüsusi aktla tәnzimlәnәcәk. Bütün
bunlar, әlbәttә, konqresdә tәsdiqini tapmalıdır. Mәsәlәnin
mahiyyәtinә yaxşı nüfuz edilsә, aydın olar ki, belә yanaşma
tәrzi Antantanın sanksiyalarını (burada yardım mәnasında
işlәdilmişdir – Tәrc.) almaq baxımından sizin üçün dә
sәrfәlidir. Mәn Bakıda bu barәdә Әhmәd bәylә danışdım,
amma o, dәrhal qızışıb özündәn çıxdı. Hәtta kimlәrdәnsә
eşitdim ki, guya bu tәklifdә Azәrbaycanı әsarәt altına almaq
istәyәn fars diplomatiyasının bütün mahiyyәti ifadә olunub.
Guya ardınca da ölkәni idarә etmәk üçün bizim xanlardan
biri Bakıya göndәrilәcәkmiş. Deyirdilәr ki, әgәr mәsәlә belә
qoyulursa, o zaman azәrbaycanlılar yenidәn rus tәbәәsi
olmağa hazırdırlar.
Mәn. Mәsәlәnin necә anlaşılmasından asılı olmayaraq,
onun barәsindә mәhz yerindә – Bakıda, yaxud Tehranda