Page 301 - design_Topcubashov_Full_Layout 1
P. 301
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Aqaronyan. Düzünü desәm, çox pisdir. Çünki gürcülәr
bizә әmәlli-başlı savaş açmışdılar. Hәrbi әmәliyyatlar son
günlәrә qәdәr davam edirdi. Hamısı da Lori ilә Borçalının
üstündә...
Bilirsiniz ki, bu әrazilәrdә әsasәn ermәnilәr, nisbәtәn dә
müsәlmanlar yaşayırlar. Gürcülәrin sayı lap azdır. Hәlә iki
ay әvvәl gürcü hökumәti Borçalı qәzasına ekspedisiya
göndәrmişdi. Orada almanlar da iştirak edirdi. Hәmin vaxt,
üstәlik, 5 müsәlman kәndi dә dağıdılmışdı. Bu, tәbii ki,
müsәlmanlarla ermәnilәr arasında gürcülәrә qarşı böyük
narazılıq yaratmışdı.
Türklәr Axalkәlәk vә Axalsıq әyalәtlәrindәn çәkilәndәn
sonra gürcülәrlә münasibәtlәrimiz daha da pislәşdi. Tәxminәn
elә bu vaxtda Lorinin ermәni kәndlәrinin birindә bir gürcü
zabiti öldürülmüş, yaxud yaralanmışdı. Gürcülәr
Sulukidzenin 417 komandanlığı altında hәmin әraziyә artilleriya
vә zirehli maşınlar yeritdilәr. Ermәnilәr dә qoşun gәtirdilәr.
Onların arasında Andranikin dәstәsi dә vardı. Biz gürcülәri 301
darmadağın etdik, 1500 nәfәr әsir alındı, çoxlu top, silah vә
üç zirehli maşın qәnimәt götürüldü. Ermәnilәr o maşınların
yolunu dağdan yuvarladıqları daşlarla kәsmişdilәr. Ardınca
gürcülәr Şulaveriyә hücum etdilәr, oranı tamam yandırdılar.
Sonra Müttәfiq qüvvәlәr işә qarışdı vә hәrbi әmәliyyatlar
dayandırıldı.
Mәn. Bir sözlә, hәr şey haqqımızda beynәlxalq alәmdә
yayılmış fikrә uyğundur: çox pis başlamışıq, pis mәktәb
keçmişik.
Aqaronyan. Doğrudan da, mәhz belәdir. Tәk gürcülәri
günahlandırmaq istәmirәm. Gәrәk bizimkilәr dә özlәrini
saxlayaydılar. Bir sözlә, Papacanovla birlikdә bura gәlәndә
Qarakilsәyә döndük. Döyüşlәr getdiyindәn yolumuza davam
edә bilmәdik. Dilicana dönmәyә mәcbur olduq, oradan da
Qazaxa adladıq. Qazaxda benzinimiz qurtardı. Amma
müsәlmanlar çox böyük yaxşılıq elәyib benzin verdilәr.