Page 309 - design_Topcubashov_Full_Layout 1
P. 309

Ә.TOPÇUBAŞOVUN
               BÖYÜK BRİTANİYA XARİCİ İŞLӘR
                  NAZİRİNİN BİRİNCİ  MÜAVİNİ
             Ç.HARDİNQLӘ         423  SÖHBӘTİNİN YAZISI


                                 1 mart 1920-ci il, saat 12.30–13.10
                                     Xarici İşlәr Nazirliyinin binası


               Lord Kerzonun 424  mәktubuna әsasәn, müavini lord Hardinq
           mәni martın 1-dә, bazar ertәsi saat 12.20-dә yanına dәvәt
           etmişdi. Әlimin zәdәli olmasına baxmayaraq, professor
           Broşenin müşayiәti ilә görüşә getdim. Taksi ilә düz mәşhur
           “Foreign Office”-nin (Xarici İşlәr Nazirliyi – Tәrc.), demәk
           olar ki, bomboş hәyәtinә daxil olduq. Qapının qabağında
           heç kim yoxdur. Gözdәn uzaq pillәkәn meydançasında
           әyinlәrindә adi paltardan çәtinliklә seçilәn uniforma geyinmiş
           bir neçә kuryer dayanmışdı. Özlәrini çox tox tutmuşdular.   309
           Cәnab Broşe 425  yaxınlaşıb kiminlә görüşmәk üçün gәldiyimizi
           izah edir. “Yes!” (“Bәli!” – Tәrc.) deyә cavab verirlәr. Sonra
           aralarından biri bizi koridorun qurtaracağına tәrәf aparır.
           Koridor boyu әllәri әsalı, başı şlyapalı (bәzi hallarda silindrli)
           adamlar o başa, bu başa şütüyürlәr. Burada müşayiәtçimiz
           olan kuryer bizi başqa bir kuryerә tәhvil verir vә “pourbuire”
           (“çay pulu” – Tәrc.) gözlәmәdәn sakitcә kәnara çәkilir. Yeni
           kuryerlә koridorun sonuna qәdәr gedirik. O da öz növbәsindә
           әli ilә yaxınlıqda dayanmış üçüncü kuryeri göstәrib aralanır.
           Yeni kuryer vizit kartımı alır vә bizi heç bir cәhәtdәn diqqәti
           çәkmәyәn bir pәncәrәli, üzlüyünün tiftiklәri çıxmış mebel
           (dörd kreslo) qoyulan otağa gәtirir. Özü içәri girir, tәxminәn
           beş dәqiqәdәn sonra qayıdıb lord Hardinqin yanına dәvәt
           edir. Lord bizi qapının ağzına salınmış xalçanın üstündә
           qarşılayır. Professor Broşe ilә mәn otağa paltolarımızı vә
           şәrflәrimizi çıxarmadan daxil oluruq. Sol әlim sarıqlı
   304   305   306   307   308   309   310   311   312   313   314