Page 313 - design_Topcubashov_Full_Layout 1
P. 313
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Mәn. Zati-alinizә mәlumat vermәliyәm ki, bolşevik
hökumәti xarici işlәr komissarı Çiçerinin 428 şәxsindә Könüllü
Orduya qarşı ittifaq bağlamaq tәklifi ilә bizә müraciәt edib.
Amma hökumәtimiz belә bir ittifaqa qoşulmağımızın Rusiyada
bir-birinә qarşı mübarizә aparan qüvvәlәrin daxili işlәrinә
müdaxilә etmәk olduğunu әsas gәtirәrәk tәkliflә razılaşmayıb.
Eyni zamanda hökumәtimiz bildirib ki, әgәr sovet Rusiyası
müstәqillik vә suverenliyimizi tanımaq şәrti ilә dinc, mehriban
qonşuluq münasibәtlәri bәrqәrar etmәk haqqında danışıqlara
başlamaq istәyirsә, buna hazırıq.
Lord Hardinq. Çox ağıllı, eyni zamanda ehtiyatlı
cavabdır. Belә cavab vermәklә düzgün iş görmüsünüz. İndi,
tәbii ki, özünüzә sәrfәli hesab etdiyiniz mәqamda bolşeviklәrlә
danışıqlara getmәk sizin üçün asan olacaq. (Kiçik pauza.)
İndi isә icazә verin, cәnab prezidentin diqqәtini aşağıdakı
mәsәlәyә cәlb edim: Azәrbaycanın gәnc türklәrlә, ümumiyyәtlә,
türklәrlә sıx әlaqәlәri haqqında çox danışır vә yazırlar.
Deyilәnә görә, onlarla birgә hansısa planlarınız var. Әnvәr 313
paşa, qardaşı Nuru bәy vә başqaları indi sizin ölkәnizdәdir.
Necә düşünürsünüz, bu, xeyrinizә olan bir işdirmi? Bu, sizә
başqa xalqların rәğbәtini qazandıra bilәrmi?
Mәn. Haqqımızda ilk növbәdә hansı sәbәblәrdәnsә bizә
rәğbәti olmayanlar, bizi tanımayanlar, yaxud da yalnız başqalarının
fikri әsasında tanıyanlar pis danışır vә yazırlar. Bizi panislamizm,
panturanizm vә bolşevizmdә günahlandırırlar. Lakin zati-
alilәrini qәti şәkildә inandırıram ki, hәm coğrafi şәraitimizә,
hәm dә hәyat şәrtlәrimizә görә biz yalnız Qafqaz istiqamәtinә
üstünlük veririk. Bu sәbәbdәn dә ümumi siyasi vә iqtisadi
hәyatımızı Türküstan, yaxud İranla deyil, qonşularımız olan
Qafqaz xalqları ilә – gürcülәr vә ermәnilәrlә konfederativ
başlanğıc әsasında qurmaq istәyirik. Mәdәniyyәt baxımından
daha yüksәk inkişaf etmiş xalqlarla ünsiyyәt imkanı әldә etmәk
istәyirik. Hәm dә bu zaman dini zәminә deyil, daha real vә
müasir xarakterli maraqlara әsaslanmağa böyük әhәmiyyәt