Page 315 - design_Topcubashov_Full_Layout 1
P. 315
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
mühüm bir mәsәlә ilә bağlı bәyanatımı dinlәyәsiniz. Müxtәsәr
danışacağam. Zati-alilәrinizin diqqәtini Şimali Qafqaz
mәsәlәsinә cәlb etmәk istәyirәm. Mәlum olduğu kimi,
Dağlılar Respublikası, onun hökumәti vә Parlamenti Denikinin
qoşunları tәrәfindәn qovulmuşdur. Bu vәziyyәt Azәrbaycanda
böyük narahatlıq doğurub. Çünki Şimali Qafqaz әrazisindә
xaotik vәziyyәt yaranıb. Bölgә xalqları daim әndişә
içәrisindәdirlәr. İndi Denikinin qüvvәsinin get-gedә tükәndiyi,
onun әvvәlki kimi hakimiyyәti әlindә saxlamağa qüdrәti
çatmadığı bir zamanda ölkәdә sakitliyin tәmin edilmәsi
baxımından yeganә çıxış yolu Şimali Qafqaz Respublikasının
müstәqilliyinin tanınması ola bilәrdi. Bu barәdә biz dә,
gürcülәr dә hәm “Conseil Supreme”-nin, hәm dә sülh
konfransının iclaslarında dәfәlәrlә mәsәlә qaldırmışıq. Mәnә
gәlib çatan mәlumatlara görә, Şimali Qafqazda indi dә xaos
hökm sürmәkdәdir. Bizi xüsusi ilә narahat edәn ölkәmizin
Quba әyalәti ilә sәrhәddә yerlәşәn Dağıstanda vәziyyәtin
nәzarәtdәn çıxmasıdır. Dağıstandakı ciddi narahatlıq doğuran 315
şәrait hökumәtimizi sәrhәdlәrimizin tәhlükәsizliyini qorumaq
mәqsәdi ilә ora, kiçik dә olsa, hәrbi dәstә göndәrmәyә
mәcbur edir. Bu, hәm dә Dağıstan әhalisinin özünün arzusudur.
Mәsәlә cәnab Uordropa da mәlumdur.
Lord Hardinq. Dağlılar Respublikasının tanınması sülh
konfransının sәlahiyyәtinә daxildir. Konfransın iclaslarında
bu barәdә artıq mәsәlә qaldırmısınız. Hökumәtinizin Dağıstana
qoşun göndәrmәk niyyәtinә gәldikdә isә, düşünürәm ki, belә
addımdan çәkinmәk lazımdır. Әgәr Dağıstanda әmin-amanlıq
yoxdursa, o zaman siz oranı işğal etmәk yox, öz sәrhәdlәrinizi
möhkәmlәndirmәk qayğısına qalmalısınız. Belә fikrә
düşmәyiniz general Denikin tәrәfindәn dә müvafiq addım
atılmasına gәtirib çıxarar. O, Dağıstanı Rusiyanın ayrılmaz
tәrkib hissәsi saydığından, dәrhal sizә qarşı hәrәkәtә keçәcәk.
Mәn. General Denikin tәkcә Dağıstanı deyil, Azәrbaycanı,
Gürcüstanı, ümumәn bütün Zaqafqaziyanı Rusiyanın bir