Page 320 - design_Topcubashov_Full_Layout 1
P. 320
Əlimərdan bəy Topçubaşov
olması, Azәrbaycan Parlamentinә üzv seçilmәsi, nümayәndә
heyәti üçün son dәrәcә zәruri adam sayılması ilә bağlı
bәyanatlarım şübhәlәri dağıda bilmәdi. General Tomson 434
tәrәfindәn Әhmәd bәy Ağayevә verilәn zәmanәt mәktubu
1
da heç bir rol oynamadı .
“Renaissance” bizim nümayәndә heyәtini “İndesirable”
(fr.: “arzuolunmaz” – Tәrc.) adlandırıb. Yeri gәlmişkәn,
gürcü heyәtinin dә adı belә arzuolunmazların arasında çәkilib.
“Renaissance”nin fikrincә, onun әsas tәmsilçilәri Çxeidze
vә Sereteli indi dә “Soviet”in (Petroqraddakı Fәhlә, Әsgәr
vә Kәndli Deputatları Soveti – Tәrc.) başçıları kimi, Parisә
bolşevizm ruhlu sosializmi tәbliğ etmәk mәqsәdi ilә yollanırlar.
Әlbәttә, bunlar hamısı yersiz iradlardır, çünki siyasi
xarakterli әn mühüm mülahizә (bunun belә olduğuna әsla
şübhә yoxdur) Müttәfiqlәrin konfransda yalnız ümumi bir
Rusiya mәsәlәsini gündәliyә çıxarıb hәll etmәk arzusudur.
Onlar yeni yaranmış hökumәtlәrin tәmsilçilәrini konfransa
buraxmaq istәmir, ümumrus mәsәlәsinin hәlli üçün artıq
320 çoxdan Parisdә mәskunlaşan Sazonov, Lvov, Maklakov 435
vә başqalarının әl altında olmalarını daha üstün tuturlar.
Heç şübhәsiz ki, bu arzunun hәqiqәtә çevrilmәsi niyyәti
ilә yanvarın sonunda Prinkipo adasında 436 bolşeviklәrin dә
kәnarda qalmaması şәrti ilә keçmiş Rusiyanın müxtәlif
hissәlәrindә meydana çıxan yeni dövlәtlәrin tәmsilçilәrindәn
ibarәt ayrıca bir konfrans çağırılması mәsәlәsi gündәliyә
daxil edilib.
Hamımız qeyri-müәyyәn vәziyyәtdә qalmışdıq. Lakin
Parisdәn nәzәrdә tutulan konfrans haqda teleqrafla bir-birinin
ardınca yeni xәbәrlәr gәlmәkdә davam edirdi. İngilis zabitlәri
isә “Rusiya” konfransının keçirilmәsi üçün münasib bina
axtarmaq mәqsәdilә buradan Prinkipo adasına yola
düşmüşdülәr.
1 Bura gәlәndәn sonra Әhmәd bәy Ağayev çox ağır xәstәlәndi. O zamandan
bәri heç yerә çıxmır. Biz onunla bәzәn evindә görüşürük. (Ә.Topçubaşovun
qeydi.)