Page 321 - design_Topcubashov_Full_Layout 1
P. 321
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Bütün bu hadisәlәrin baş verdiyi müddәt әrzindә ingilis
vә fransız nümayәndәlәri bizi Prinkipo adasında keçirilәcәk
konfransın nәticәsini gözlәmәyin zәruri olduğuna inandırmağa
çalışırdılar.
Mәcburi vә xoşagәlmәz qeyri-müәyyәnlik zamanı, fevralın
13-dә heç gözlәnilmәdәn Çxeidze vә Sereteliyә Parisә getmәk
üçün icazә verilmәsi xәbәrini aldıq.
Bu hadisә müxtәlif şәkildә izah edilir: 1. Çxeidze vә
Sereteliyә “rus ictimai xadimlәri” kimi icazә veriblәr.
2. Fransız sosialist qruplarının tәzyiqi altında sosialist kimi
icazә alıblar. 3. “Sherches la femme” (“qadın amili” – Tәrc.)
– sәfәri onlar üçün Seretelinin bacısının yaxın tanışlarından
olan bir fransız “colonel”-i (“polkovnik” – Tәrc.) tәşkil edib.
Yeri gәlmişkәn, Seretelinin bacısı onunla birlikdәdir vә bir
fransızda әrdәdir.
Gürcü nümayәndә heyәtinin qalan hissәsi buradadır.
Çxeidze vә Sereteli hәlә Parisә çatmayıblar, 3–4 gün әvvәl
onların hәbs edilmәlәri barәsindә şayiә yayıldı. Necә vә 321
harada hәbs olunmaları mәlum deyil.
Bu hadisәdәn sonra mәn fransız nümayәndәsinin yanında
olanda vә belә әdalәtsiz münasibәtin bizә necә pis tәsir
etdiyini danışanda o, cavabında bildirdi ki, Parisdәn gürcü
heyәtinin iki tәmsilçisini göndәrmәk barәsindә әmr alınıb,
gürcülәr isә Çxeidze vә Seretelini seçiblәr.
“Bәs bizim nümayәndә heyәtindәn heç kim getmәyәcәk?”
“Gedәcәk, yalnız iki nәfәr. İki nәfәr dә dağlılardan”.
Lakin hәmin vaxtdan (fevralın 14-dәn) sonra bu iki nәfәr
mәsәlәsi dә yerli-dibli unudulub. Prinkipo adasındakı
konfransla bağlı tәşәbbüs dә eyni şәkildә yaddan çıxıb.
Yalnız iki gün әvvәl (martın 2-dә) teleqram aldıq ki, Prinkipo
konfransı gündәlikdәn birdәfәlik çıxarılıb. Buna da sәbәb
bolşeviklәrin orada iştirakla bağlı dәvәtә qeyri-qәnaәtbәxş
cavab vermәlәri olub.
Belәliklә, yenә dә әvvәlki siyasi xarakterli mülahizәlәr
qüvvәdә qalır.