Page 322 - design_Topcubashov_Full_Layout 1
P. 322

Əlimərdan bəy Topçubaşov


                     Yuxarıda adlarını çәkdiyim heyәtlәrdәn başqa, indi Don
                  vә Kuban nümayәndәlәri, habelә Ukrayna tәmsilçisi dә
                                                437
                  buradadır. Biz Don (G.İ.Karaev ) vә Kuban (L.L.Bıç 438  –
                  keçmiş Bakı şәhәr başçısı) nümayәndәlәrinin birgә nahar
                  dәvәtini qәbul etdik. Gürcülәrlә dağlıların da iştirak etdiklәri
                  nahar zamanı Parisә getmәyә icazә alınması mәsәlәsindә
                  birgә fәaliyyәt barәdә qәrar qәbul olundu. Nümayәndә
                  heyәtlәrinin tәmsilçilәrindәn ibarәt Mәslәhәt Şurası yaradıldı.
                  Lakin gürcü heyәtinin hazırda Çxeidzeni әvәz edәn müvәqqәti
                  sәdri Rtsxiladze 439  Mәslәhәt Şurasının tәrkibindәn çıxdığını
                  bildirdi. Bu addımı sәdrin sәfәrә yollanarkәn özünün iştirakı
                  olmadan siyasi xarakterli heç bir qәrar qәbul etmәmәk
                  barәsindәki müvafiq tәlimatı ilә әsaslandırdı.
                     Mәn dә belә xarakterli birgә addımlar atılmasının әleyhinә
                  olduğumu bildirdim. Ona görә kubanlıların hәlә Odessada
                  ikәn yazdıqları memorandumu rәdd etdik. Hazırladığım
                  memorandum layihәsini tәklif etdim. Hәmin sәnәd dә öz
                  növbәsindә digәrlәri tәrәfindәn qәbul olunmadı. Sәbәb
         322
                  memorandumda Rusiya tәrkibindәn çıxmaq mәsәlәsinin çox
                  kәskin qoyulması idi. Belә olduqda tәzә memorandum
                  hazırladıq (düzәlişlәrim әsasında redaktә edildi). Hәmin
                  sәnәddәn yeni hökumәtlәrin tәşkili vә onların xarakteri
                  mәsәlәsi çıxarılmışdı.
                     Gürcülәr bu dәfә dә tәklifә qoşulmaqdan imtina etdilәr.
                  Ukraynanın nümayәndә heyәti deyil, yalnız bir tәmsilçisi
                  olduğundan bizim, habelә Don, Kuban vә Dağlı nümayәndә
                  heyәtlәri (yalnız sәdrlәr) memorandumu imzaladılar vә dünәn
                                                     440
                  ingilis ali komissarına (admiral Vebb ) tәqdim etdik. O,
                  fransız komissarı ilә (admiral Amet) danışacağına söz verdi.
                  Bu gün, yaxud da sabah fransız komissarının yanında
                  olacağıq, habelә İtaliya vә  Amerika komissarları ilә dә
                  görüşәcәyik.  Tәqdim etdiyimiz memorandumun surәtini
                  fransız dilinә tәrcümәsi ilә birlikdә (әlavә № 7), habelә
                  qәbul olunmamış digәr iki memorandum layihәlәrini (әlavә
                  № 5, 6) elәcә dә “rus siyasi xadimlәrinin” Parisdәki nümayәndә
   317   318   319   320   321   322   323   324   325   326   327