Page 325 - design_Topcubashov_Full_Layout 1
P. 325

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           indidәn müvafiq tәdbirlәr görülmәsini tәlәb edir. Mәsәlә
           müzakirә edilib, üzvlәr mәni bu barәdә Sizә mәlumat vermәyә
           vәkil ediblәr. Heyәt yola düşәrkәn ayrılan mәblәğ miqdarında
           yeni vәsaitin etibarlı adamla birbaşa Konstantinopola
           göndәrilmәsi daha mәqsәdәuyğun olardı.  Yaxud general
           Tomsonun yardımından istifadә edәrәk hәmin vәsaiti ingilislәrin
           baş qәrargahı vasitәsilә bura köçürmәk mümkündür.
               Bir dә tәkrar edirәm: bütün bunları pul tәlәbi kimi başa
           düşmәyin, indiki şәraitin rabitә çәtinliklәrindәn doğan
           ehtiyatlılıq kimi qәbul edin. Yeri gәlmişkәn, bahaçılığı vә
           qaldığımız oteldәki xalis soyğunçuluğu da nәzәrinizә çatdırmaq
           istәyirәm. Burada rus rublu hәr gün dәyәrini itirir. Mәsәlәn,
           beş gün bundan әvvәl 10000 Nikolay rubluna 909 türk lirәsi
           vә 1060 ingilis funt-sterlinqi almaq mümkün idi. Dünәn isә
           eyni miqdarda rus rubluna artıq 882 türk lirәsi vә 1041 funt-
           sterlinq verilirdi. Konstantinopol birjası rus pulları ilә doludur.
                                          443
           Bu pullar içәrisindә kerenkaları , demәk olar ki, qәbul
           etmirlәr, yaxud da 1000 kerenkaya yalnız 300 rubl verirlәr.
                                                                       325
               Bütün bu mülahizәlәri nәzәrә alanda yuxarıda bәhs
           etdiyim ehtiyatlılığın sәbәbi aydınlaşır.  Yoxsa yad yerdә
           xoşagәlmәz vәziyyәtә düşә bilәrik.
               Nә etmәk olar? Xaosun hökm sürdüyü şәraitdә
           qәnaәtcilliklә bağlı bütün arzulara baxmayaraq, xәrclәr dә
           bu xaosun xarakterinә uyğunlaşır.
               Fikrimcә, bәd ayaqda xaosla da barışmaq mümkündür.
           Bir şәrtlә ki, ondan arzuladığımız dünya yaransın. Elә dünya
           ki, uğrunda mübarizәdә adam itirdiyi qüvvә vә vәsaitә nәinki
           heyifsilәnir, hәtta özünü tamam qurban vermәk istәyir.

                       Раевский А. Мусаватское правительство на
                Версальской конференции. Донесения председателя
                        азербайджанской мусаватской делегации.
                                              Баку, 1930, с. 25–31.
   320   321   322   323   324   325   326   327   328   329   330