Page 328 - design_Topcubashov_Full_Layout 1
P. 328

Əlimərdan bəy Topçubaşov


                     Gözlәntilәrimizin әksinә olaraq, fransız hakimiyyәti üç
                  nümayәndәmizin ölkәyә buraxılmasından da imtina etdi.
                  Bildirildi ki, Parisә göndәrilәn sorğu tәk mәnim deyil,
                  nümayәndә heyәtinin bütün üzvlәri haqdadır. Üzvlәrimizdәn
                  bәzilәri xüsusi olaraq ingilislәrә üz tutdular, xahiş etdilәr ki,
                  onlara Londona getmәyә icazә verilsin. İngilislәr әvvәlcә
                  sanki icazә vermәyә razı oldular.  Amma bildirdilәr ki,
                  London sәfәrinә bir aydan tez çıxmaq mümkün deyil.
                     Amerika vә İtaliya rәsmilәri ilә görüşmәli oldum.
                  Vәziyyәtimizә anlayışla yanaşdılar. Nümayәndә heyәtimizin
                  Parisә getmәsinә, hәtta sülh konfransında iştirakına öz
                  tәrәflәrindәn heç bir maneә görmәdiklәrini dedilәr. Bu mәsәlә
                  ilә әlaqәdar Amerika ali komissarı mәnә ayrıca mәktub da
                  göndәrib (әlavә № 2). İtalyanlardan da belә bir mәktub
                            1
                  gözlәyirәm (әlavә № 3). Lakin hәlә Amerika ali komissarının
                  mәktubu gәlәnә qәdәr martın 25-dә fransız ali komissarından
                  mәlumat almışdım ki, Fransanın xarici işlәr naziri nümayәndә
         328      heyәtinin heç bir üzvünün Parisә gәlmәsinә icazә vermir.
                  İmtinanın sәbәblәri göstәrilmәmişdi.
                     Mәn xәstәlәndiyimdәn, M.Hacınski, C.Hacıbәyli vә
                  M.Mәhәrrәmov Parisә yola düşmәyimizә kömәk göstәrmәsi,
                  әgәr bu mümkün deyilsә, Londona getmәyә şәrait yaratması
                  xahişi ilә ingilis nümayәndәsinin yanında olublar. İngilis
                  nümayәndәsi (cәnab Holer) fransız tәmsilçisi (cәnab Düpare)
                  ilә danışacağına, eyni zamanda fransızlardan razılıq ala
                  bilmәsә, bizi Londona göndәrәcәyinә söz verib.
                     Dünәn, martın 28-dә әvvәlcәdәn görüşә razılıq alandan
                  sonra boğazımın bәrk ağrımasına baxmayaraq, Şәrqdәki
                  bütün Müttәfiq qoşunlarının mәnzil-qәrargahı burada yerlәşәn
                  ali baş komandanı general Franşe d`Esperenin  444  yanına
                  getdim. General Franşe d`Espere mәni çox diqqәtlә dinlәdi.
                  Surәtlәrini gәtirdiyim sәnәdlәri özündә saxlayıb yardım


                  1  Bu gün axşamdan xeyli keçmiş italyan ali komissarından belә bir mәktub
                  aldım. (Ә.Topçubaşovun qeydi.)
   323   324   325   326   327   328   329   330   331   332   333