Page 331 - design_Topcubashov_Full_Layout 1
P. 331
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Son dәrәcә narahatlıq yaradan bu mәsәlә, tәәssüf ki,
indiyә qәdәr aydınlaşdırılmayıb vә bizә heç bir xәbәr
bildirilmәyib.
Aradan keçәn müddәt әrzindә Bakıdan bir sıra başqa
şәxslәr (R.Hadızadә, L.Әmircanov, draqomanlar Dubrovski
vә Bosyaqanski, Xalq Tәminatı Nazirliyinin kontragentlәri
Valter Zelenski vә Dyakonov) gәliblәr, lakin onların heç biri
cәnab Әliyevin vә cәnab Tuqanovun sağ-salamat qayıtmaları
barәsindә hәr hansı mәlumata malik deyillәr. Yalnız R.Hadızadә
özü ilә bir neçә şәxsi mәktub vә bәzi qәzetlәr gәtirmişdi.
Yenә hәmin R.Hadızadә Batumdan, Mahmud bәy
Әfәndiyevdәn mәnim adıma bir neçә zәrf çatdırıb. Onların
içәrisindә Sizin 18 fevral tarixli şifrәli mәktubunuz da vardır.
Nәhayәt, Adil xan Ziyadxanovun göndәrdiyi 27 fevral tarixli
şifrәlәnmiş başqa bir mәktubu, habelә onun mәruzәsinin
fransız vә rus dillәrindәki mәtnini Әbdülәli bәy Әmircanov
tәqdim edib.
Onların kabinetin süqutu (yaxud tәrkibinә qismәn 331
dәyişikliklәr edilmәsi) barәsindә verdiklәri xәbәrlәr dolayısı
ilә son günlәrin Batum qәzetlәrindә dә müәyyәn qәdәr tәsdiq
olunmaqdadır. Lakin hәqiqәtәn dә, yeni kabinet formalaşıbsa,
tәәssüf ki, onun tәrkibi indiyә qәdәr bizә namәlum qalmaqdadır.
Belәliklә, fevralın sonundan etibarәn yenә dә
Azәrbaycandakı vәziyyәtdәn tam xәbәrsizik. Eyni zamanda
Fәtәli xan Xoyskinin mәktubunda vәd olunan vәsait vә
әlavә kömәkçi qüvvәlәrdәn dә heç bir sәs-soraq yoxdur.
Yalnız aprelin 6-da ingilis komandanlığı vasitәsilә Fәtәli
xan Xoyskinin 30 mart tarixli teleqramını almışam. Hәmin
teleqramda o, işlәrin gedişi ilә maraqlanır vә nümayәndә
heyәtinin Parisә yola düşmә vaxtını soruşurdu. Ertәsi gün
(aprelin 7-dә) heyәt üzvlәri ilә mәslәhәtlәşdikdәn sonra mәn
eyni komandanlıq vasitәsilә aşağıdakı mәzmunda cavab
teleqramı göndәrdim:
“Bakı. Azәrbaycan Respublikası Nazirlәr Şurasının sәdri
Fәtәli xan Xoyskiyә. Nümayәndә heyәti yola düşә bilmir.