Page 327 - design_Topcubashov_Full_Layout 1
P. 327
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
әrzindә Parisdәn cavab gәlәcәyinә ümid bәslәyirik. İstәnilәn
halda, nümayәndә heyәti öz tәrkibindәn üç nәfәri (M.Hacınski,
Ә.Şeyxülislamov, C.Hacıbәyli) göndәrmәyi qәrara alıb. Onlar
İstanbuldan bu ayın 24-dә çıxan ilk gәmi ilә yola düşәcәklәr.
Tәfәrrüatlar barәdә yazmağa ehtiyac görmürәm. Bizә
münasibәtdәn isә ümumәn danışmağa dәymәz. Әvvәlki
mәktubumda da qeyd etdiyim kimi, buradakı digәr heyәtlәrlә
müqayisәdә bu, daha aydın nәzәrә çarpır. Mövcud münasibәt
vә üstәlik dә Ә.Ağayevin hәbsi hәr şeyә aydınlıq gәtirir.
Dәrin hörmәtlә,
Әlimәrdan bәy Topçubaşov
P.S. Gürcü nümayәndә heyәtinin burada aldığı Tiflis
qәzetlәrindәn Azәrbaycan hökumәtinin tәrkibindә baş verәn
1
dәyişikliklәr haqda öyrәndik. Qәzetdә sadәcә qısa mәlumat
vardı. Yenә dә Sizdәn bir xәbәr ala bilmirik. Heç olmazsa,
Bakı vә Tiflis qәzetlәrini göndәrin. 327
29 mart 1919-cu il
Tәәssüf ki, yuxarıdakı qısa mәktubu 17–18 mart tarixlәrindә
ingilis gәmisi ilә Batuma, oradan da Bakıya getmәk istәyәn
Tuqanovla göndәrmәk mümkün olmadı. Gәmi sәmtini dәyişdi.
Tuqanovdan ötrü isә yalnız sabah Batuma getmәk vә yolunu
davam etdirmәk imkanı yaranır.
Nümayәndә heyәtinin Parisә sәfәri ilә bağlı hәlә dә öz
hәllini tapmayan mәsәlә haqqında әlaqәdar mәktubumu
martın 18-dәn 29-na qәdәrki dövrü әhatә edәn mәlumatlarla
tamamlayıram.
1 1919-cu il fevralın 25-dә baş nazir Fәtәli xan Xoyski sәhhәti ilә bağlı istefaya
getmәk barәsindә Parlamentә müraciәt etmişdi. İstefa qәbul olunmuş, yeni
hökumәtin formalaşdırılması Nәsib bәy Yusifbәyliyә tapşırılmışdı. Eyni
zamanda yeni hökumәt qurulana qәdәr F.Xoyskinin öz sәlahiyyәtlәrini icra
etmәsi razılaşdırılmışdı. (Tәrc.)