Page 329 - design_Topcubashov_Full_Layout 1
P. 329
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
göstәrmәyә çalışacağına vә nәticә barәdә söhbәtdә iştirak
edәn zabit vasitәsilә mәlumat çatdıracağına söz verdi.
Vә doğrudan da, bu gün (martın 29-da) saat 12-dә hәmin
zabit general Franşe d`Esperenin apardığı danışıqlar nәticәsindә
iki nәfәrin getmәyinә icazә alınması haqda xәbәr gәtirdi.
Bir saatdan sonra generaldan fransız tәmsilçisi cәnab Düpareyә
ünvanlanan zәrf aldım. Zәrfi şәxsәn tәqdim etmәk vә
danışmaq üçün cәnab Düparenin yanına getdim. Lakin
tәәssüf ki, o, çox mәşğul idi, mәndәn sabah yox, birisigün
sәhәr saat 10-da gәlmәyi xahiş etdi. Tәbii ki, gedәcәyәm,
sonra isә ingilis nümayәndәsinә baş çәkәcәyәm.
Belәliklә, indi Parisә neçә nәfәrin – iki, yoxsa üç
tәmsilçinin gedәcәyini müәyyәn edirik. Özümә gәldikdә,
görünür, mәni hәlәlik burada saxlamaq haqda qәrar var.
Sadәcә motivlәrinә varmadan faktları sadalamaqla
kifayәtlәndim. Yenidәn hansısa dәyişikliklәr olacaqmı –
bilmirәm... Kimin hara gedәcәyi barәsindә sizә teleqramla
xәbәr çatdırmağa çalışaram. Әsas sәbәb haqqında hәlә martın 329
әvvәllәrindә göndәrdiyim mәktubda mәlumat vermişdim.
“İnde ira” (latın ifadәsidir, tәxminәn “qәzәbin sәbәbi budur”
anlamını verir. İngilislәrin Әhmәd bәy Ağayevi qaralamaları
vә hәbsә atmalarına işarә edilir – Tәrc.).
Dәrin hörmәtlә,
Әlimәrdan bәy Topçubaşov
Mәktubun üzәrindәki dәrkәnar: Katibin diqqәtinә!
Paris konfransı ilә bağlı kağızları dәrhal göndәrin vә
mәnә xüsusi mәruzә layihәsi tәqdim edin. F.Xoyski.
20 aprel 1919-cu il
Али Мардан бек Топчибашев. Избранное. В 4-х то-
мах, т. 3. Государственническая деятельность.
Баку, 2015, с. 241–243.