Page 333 - design_Topcubashov_Full_Layout 1
P. 333
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
nazirlәrinә teleqram vurulması qәrara alındı vә hәmin qәrar
aprelin 8–9-da icra edildi (әlavә № 5).
8 aprel tarixli mәktubumuzla әlaqәdar (әlavә № 4) aprelin
12-dә fransız nümayәndәsinin mәlumatı alınıb. Mәlumatda
yuxarıda adları sadalanan üç nәfәrin Parisә gedә bilәcәklәri
göstәrilir (әlavә № 6), lakin bütövlükdә, mahiyyәt etibarilә
mәktubumuz cavabsız buraxılıb.
İngilis nümayәndәsi qarşısında da müvafiq tәlәblәr
qaldırılıb. O da mәnim Londona getmәyimin mümkün
olmadığını bildirib. Şeyxülislamov 448 vә Mirmehdiyevlә 449
әlaqәdar isә Londona xәbәr verәcәyini vәd edәrәk 3–5 günә
cavab çatdıracağını bildirmişdi. Lakin indiyә qәdәr heç bir
mәlumat almamışıq.
Bizim cavab kimi göndәrdiyimiz 7 aprel tarixli
teleqramımızın (bax: yuxarıda) mәzmunu da hadisәlәrin,
üzәrindә qısa şәkildә dayandığım inkişafını әks etdirirdi.
Sonra necә oldusa, adlarını çәkdiyim nümayәndәlәrlә bütün
danışıqlar öz-özünә kәsildi. Heyәtimiz yaranmış vәziyyәti 333
müzakirә edib, mәcburiyyәt qarşısında bir neçә yerә ayrılmaq
qәrarı verdi. Üç nәfәrdәn – Hacınski, Mәhәrrәmov,
Hacıbәylidәn ibarәt birinci qrup Parisә, iki nәfәrdәn –
Şeyxülislamov vә Mirmehdiyevdәn ibarәt ikinci qrup Londona
gedәcәk, mәn isә Konstantinopolda qalıb fәaliyyәt göstәrә -
cәkdim. Qüvvәlәrin bu şәkildә bölündüyü şәraitdә, aydın
mәsәlәdir ki, artıq bütöv nümayәndә heyәtindәn danışmağa
lüzum qalmır. Ona görә dә qәrara alındı ki, adı çәkilәnlәr
daha heyәt kimi vә heyәt adından deyil, onun ayrı-ayrı
üzvlәri kimi danışsınlar vә hәrәkәt etsinlәr. Belә bir qәrar da
çıxardıq ki, Parisә gedәnlәr var qüvvәlәri ilә nümayәndә
heyәtinin qalan üzvlәrinin dә Fransa paytaxtına gәlmәlәri
üçün icazә almağa çalışmalıdırlar.
Lakin sonra vәziyyәt dәyişildi vә indi hamımızın
pasportunda, әvvәla, Romaya yola düşmәyә imkan verәn
italyan vizası vardır, bundan әlavә, Mirmehdiyevlә Şeyxülis -