Page 334 - design_Topcubashov_Full_Layout 1
P. 334
Əlimərdan bəy Topçubaşov
lamov Marsel vә Parisdәn keçmәk, hәmin şәhәrlәrin hәr
ikisindә dә dayanmaq hüququ ilә Londona getmәk üçün
ingilis vizası alıblar.
İndi Parisә gedirik, sonra necә hәrәkәt edәcәyimiz isә
orada aydınlaşacaq. Aprelin 21-dә, bazar ertәsi Marselә üzәn
ingilis gәmisindә artıq bizә yer vәd edilib. Güman edirәm
ki, bu dәfә, doğrudan da, yola çıxacaq vә aprelin sonunda
Parisdә olacağıq. Әgәr mümkün olsa, buradan ayrıldığımız
günün dәqiq tarixi barәdә Sizә teleqram göndәrәcәyәm.
İşlәrin gedişini gözlәmәdiyimiz halda dәyişәn şәrait haqda
indidәn yazmağa ehtiyac yoxdur.
Mәlumatı nümayәndә heyәtinin maliyyә tәlәbatının
qaydaya salınması mәqsәdilә mümkün qәdәr tez vә qәti
tәdbirlәr görülmәsinin vacibliyini bir daha xatırlatmaqla
başa çatdırıram. Sәrәncamımızdakı maddi vәsait tükәnmәk
üzrәdir vә o, Paris sәfәrimizi maliyyәlәşdirmәyә, çәtin ki,
çatsın. Doğrudur, Parisdә hәlә yanvar ayında göndәrilmiş
pul köçürmәsi var. Lakin orada qalmaq müddәtinin tam
334
qeyri-müәyyәnliyi, heyәt üzvlәrinin hissә-hissә müxtәlif
yerlәrә getmәk zәrurәti, görünmәmiş bahalıq vә pulların,
xüsusәn dә rus rublunun dәyәrinin (Konstantinopolda bu
pulun tәdavüldә işlәnmәsinә, ümumiyyәtlә, icazә verilmir)
hәdsiz dәrәcәdә aşağı düşmәsi vә s. kimi sәbәblәr dәrhal
müvafiq maddi vәsait ayrılmasını tәlәb edir. Hәmin vәsait,
artıq Parisә göndәrilmiş pul köçürülmәsi dә daxil olmaqla,
heyәtә Bakıda ayrılan mәblәğdәn az olmamalıdır.
Vәsaitin necә göndәrilmәsinә gәldikdә isә, Siz yenә dә
Bakıdakı ingilis komandanlığının yardımından istifadә etmәli
olacaqsınız. Aydın mәsәlәdir ki, әgәr pulu xüsusi adamın
gәtirmәsi imkan xaricindәdirsә, bu yolu seçmәlisiniz.
Ümumiyyәtlә, yaxşı olardı ki, nümayәndә heyәtinin Paris
sәfәrinә icazә alınması ilә bağlı bütün mәsәlәlәr barәdә
ingilis komandanlığına mәlumat verilsin. Kiminsә Parisә
göndәrilmәsi zәrurәti ortaya çıxanda onun gәlişinin dә hәmin
komandanlıq vasitәsilә tәmin edilmәsi yerinә düşәrdi.