Page 339 - design_Topcubashov_Full_Layout 1
P. 339

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Doğrudur, indiki şәraitdә mütәmadi mәktublaşma yolu
           ilә ünsiyyәt tәlәb etmәk çәtindir. Amma yenә dә, heç olmasa,
           ayda bir dәfә qısa mәlumatlar göndәrmәklә ümumәn ölkәnin
           vәziyyәti, xüsusәn dә hökumәtin әsas addımları, habelә
           Müttәfiq qüvvәlәrin komandanlığı vә qonşu respublikalarla
           münasibәtlәr sahәsindәki tәşәbbüslәr barәsindә nümayәndә
           heyәtini hadisәlәrin mәcrasında saxlamaq son dәrәcә zәruridir.
           Bunun üçün yeganә yol ardıcıl şәkildә kuryerlәrin göndәrilmәsi,
           habelә arabir Müttәfiq qüvvәlәr komandanlığının
           sәrәncamındakı radiodan istifadә edilmәsidir.
               Başqa nümayәndә heyәtlәri dә bu vasitәlәrdәn yararlanırlar.
           Hәm dә kuryer kimi öz adamlarını deyil, xaricilәri (fransız,
           yәhudi vә s.) göndәrirlәr.
               Bizim hökumәtin dә hәmin üsullardan faydalanması
           yerinә düşәrdi. Eyni zamanda Müttәfiq qüvvәlәr
           komandanlığının vә Tiflisdә artıq öz radiosuna malik olan
           gürcü hökumәtinin dә kömәyindәn istifadә etmәk olar.
               Öz növbәsindә nümayәndә heyәti dә Bakıya kuryer         339
           göndәrmәyi nәzәrdә tutur. Әgәr indiyә qәdәr hәmin vasitәyә
           әl atmamışıqsa, bu, ilk növbәdә istәr bizim, istәr ümumәn
           keçmiş Rusiya imperiyasının, istәrsә dә artıq Müttәfiq
           dövlәtlәr tәrәfindәn tanınan vә müstәqil mövcudluq haqqına
           qovuşan Polşanı çıxmaq şәrti ilә imperiyadan ayrılmış bütün
           yeni dövlәtlәrin vәziyyәtinin sona qәdәr aydınlaşmaması ilә
           bağlıdır.
               Digәr tәrәfdәn isә, әslinә qalanda, hәlә biz özümüz dә
           burada cәrәyan edәn hadisәlәrdәn kifayәt qәdәr baş çıxarmağa
           imkan tapmamışıq. Bütünlükdә mәsәlәlәr lazımi dәrәcәdә
           aydınlaşmayıb. Konfrans ümumi mülahizәlәrdәn Müttәfiqlәrin
           digәr dövlәtlәr, ilk növbәdә isә, tәbii ki, müharibәdәn mәğlub
           çıxmış Almaniya, Avstriya, Türkiyә vә Bolqarıstanla gәlәcәk
           qarşılıqlı münasibәtlәrin konkret müddәalarına keçdikcә
           şәrait daha da mürәkkәblәşir. İndiyә qәdәr hәlә dә Almaniya
           ilә sülhün ilkin şәrtlәri müәyyәn edilmәyib. Şәrtlәrin
   334   335   336   337   338   339   340   341   342   343   344