Page 344 - design_Topcubashov_Full_Layout 1
P. 344

Əlimərdan bəy Topçubaşov


                     Xeyli sürәn danışıqlar zamanı hәr iki tәmsilçi izahatlarımıza
                  (izahatlar Azәrbaycanın siyasi, hәrbi, әlәlxüsus da iqtisadi
                  vәziyyәti ilә әlaqәdar suallara cavablar şәklindә idi) diqqәtlә
                  qulaq asdılar vә yardım vәd etdilәr.

                                            III
                    Nümayәndә heyәtinin prezident Vilson  456  tәrәfindәn
                                          qәbulu

                     Әn diqqәtәlayiq hadisә prezident Vilsonun nümayәndә
                  heyәtimizi qәbul etmәsi sayılmalıdır. Çünki adәtәn, hәm o,
                  hәm dә Antantanın digәr dövlәt başçıları nümayәndә heyәtlәri
                  ilә şәxsәn görüşmürlәr. Prezident Vilson müxtәsәr danışdı
                  vә cavab olaraq bizә aşağıdakıları bildirdi:
                     Onlar dünyanın kiçik hissәlәrә bölünmәsini istәmirlәr.
                     Qafqazda federasiya yaradılması ideyasına tәrәfdar
                  çıxmağımız bizim üçün daha yaxşı olardı.
         344         Yaranmış Konfederasiya Millәtlәr Liqasının 457  tapşırığı
                  ilә hәr hansı bir dövlәtin himayәsi altında ola bilәrdi.
                     Bizim mәsәlәmiz rus mәsәlәsindәn әvvәl hәll edilә
                  bilmәz.
                     Sonda prezident Vilson konfransın adına memorandum
                  vermәyimizi tәklif etdi. Bizimlә görüşmәyindәn, ölkәmiz
                  haqda mәlumatlar almağından mәmnun qaldığını bildirdi vә
                  hәr zaman ünsiyyәtә hazır olduğunu dedi.
                     Qәbul mәnim kiçik yazılı mәruzә (memorandum –
                  xatırlatma) tәqdim etmәyimlә başa çatdı. Hәmin mәruzәdә
                  Azәrbaycanın müstәqilliyinin tanınması, nümayәndә
                  heyәtimizin sülh konfransının işindә iştirakına icazә verilmәsi
                  vә  Azәrbaycanın Millәtlәr Cәmiyyәti 458  üzvlüyünә qәbul
                  olunması ilә bağlı tәlәblәrimiz әksini tapmışdı. Biz hәmçinin
                  Azәrbaycan Respublikasının keçmiş çar Rusiyasının
                  borclarından öz payına düşәn hissәni ödәmәyә hazır olduğunu
                  bәyan etdik. Eyni zamanda bildirdik ki, Azәrbaycan әrazisindә
   339   340   341   342   343   344   345   346   347   348   349