Page 345 - design_Topcubashov_Full_Layout 1
P. 345

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           Kolçak hakimiyyәtinin tanınması qeyri-mümkündür, burada
           yalnız Azәrbaycan Parlamenti vә hökumәtinin hakimiyyәti
           legitimdir.
               Görüş hamıda xoş tәәssürat yaratdı. Qәbul günü tәsadüfәn
           Azәrbaycan Respublikasının müstәqilliyinin elan olunmasının
           ildönümünә tәsadüf etmişdi (28 may). Biz hәmin günü
           Dağlılar Respublikası nümayәndә heyәtinin üzvlәri ilә
           birlikdә ümumi naharla başa çatdırdıq.

                                     IV
            Nümayәndә heyәtimizin digәr ali tәmsilçilәr tәrәfindәn
                 qәbul olunması ilә bağlı binagüzarlıqlarımız

               İndiyә qәdәr atdığımız bir sıra addımlar nümayәndә
           heyәtimizin sülh konfransının sәdri, habelә İngiltәrә, İtaliya
           vә Yaponiyanın baş nazirlәri tәrәfindәn qәbul olunacağına
           ümid verir. Hazırda mәndә Balfur 459  vә Orlandonun 460  bizi
           qәbul edәcәklәri barәsindә mәlumat vardır.                  345


                                      V
                                Etiraz notası


               Keçmiş Rusiyanın bütün әrazisindә Kolçak hakimiyyәtinin
           tanınması haqda Müttәfiq dövlәtlәrin ehtimal olunan qәrarı
           ilә әlaqәdar iyunun 5-dә nümayәndә heyәtimiz adından sülh
           konfransının sәdrinә vә Müttәfiq dövlәtlәrin baş nazirlәrinә
           etiraz notası göndәrilib. Hәmin notada bildirilir ki, Rusiyada
           hansı qüvvәnin hakimiyyәtinin tanınmasından asılı olmayaraq,
           yalnız öz Parlamentinin, öz hökumәtinin hakimiyyәtini
           tanıyan vә qәbul edәn Azәrbaycanın әrazisi yenidәn Rusiya
           tәrkibinә daxil edilә bilmәz.
   340   341   342   343   344   345   346   347   348   349   350