Page 346 - design_Topcubashov_Full_Layout 1
P. 346

Əlimərdan bəy Topçubaşov


                                            VI
                            Sülh konfransı üçün memorandum


                     Bütün bunlardan başqa, nümayәndә heyәti Parisә gәldiyini
                  bildirmәk, elәcә dә amerikan, ingilis (buradakı ingilis sәfirinin
                  dә yanında olmuşam) tәmsilçilәri vә mәtbuat xadimlәri,
                  habelә Asiya Cәmiyyәti üzvlәri ilә tanışlıq yaratmaq üçün
                  bir sıra rәsmi vә qeyri-rәsmi addımlar atıb. Müvafiq binanın
                  axtarılıb-tapılması da xeyli vaxtımızı alıb.
                     Daha az әhәmiyyәt kәsb edәn mәsәlәlәrlә tanışlıq, habelә
                  konfransda tәmsil olunan dövlәt vә nümayәndә heyәtlәrinin
                  üzvlәri ilә görüşlәr müvәqqәti olaraq dayandırılıb. Bu qәrarı
                  sülh konfransına tәqdim edәcәyimiz memorandumun
                  hazırlanması ilә әlaqәdar vermişik.
                     İndi nümayәndә heyәtinin bütün üzvlәri hәmin mәsәlә
                  ilә mәşğuldurlar. Ümidvarıq ki, memorandumu tezliklә başa
                  çatdırıb lazımi yerlәrә vә şәxslәrә tәqdim edәcәyik. Sonra
         346      isә onun daha geniş yayılması mәqsәdilә nәşrinә nail olmaq
                  fikrindәyik. Lakin tәәssüf ki, artıq indidәn çap mәsәlәsi ilә
                  bağlı texniki çәtinliklәr ortaya çıxır: mәtbәә fәhlәlәrinin
                  çatışmaması, yaxşı kağızın, yaxud rәngin ya ümumәn
                  tapılmaması, ya da hәddәn artıq bahalığı vә s. bu qәbildәndir.
                  Memorandumdan başqa, hәlә xәritә, diaqram vә müxtәlif
                  statistik mәlumatlar da çap etmәliyik.
                     Parisdә olduğu ilk ay әrzindә nümayәndә heyәtinin
                  fәaliyyәtinin müxtәsәr mәnzәrәsi belәdir.
                     Doğrudur, bura başqalarından gec gәlmişik. Lakin әn
                  maraqlı dövrdә, hadisәlәrlә zәngin vaxtda özümüzü yetirmişik.
                  Bizim növbәmiz tez, yoxsa gec çatacaq – bilinmir, ancaq
                  ümid edirik ki, gücümüzün vә qüvvәlәrimizin imkan verdiyi
                  qәdәr doğma Azәrbaycanın mәnafelәrini qoruyacağıq.
                     Hökumәtә göndәrilәn vә say etibarı ilә yeddinci olan
                  mәlumatı bitirәrkәn aşağıdakıları xahiş etmәyi özümә şәrәf
                  bilirәm:
   341   342   343   344   345   346   347   348   349   350   351