Page 350 - design_Topcubashov_Full_Layout 1
P. 350
Əlimərdan bəy Topçubaşov
Hazır xәritәlәrin nüsxәlәri Sizә göndәrilir. Yalnız bir neçә
cәdvәl vә diaqram, habelә әlavә şәklindә “İqtisadi qüvvәlәr
vә maliyyә” bölmәsi qalır. Bu bölmә dә hazırdır, indi tәrcümә
edilir.
Әgәr texniki xarakterli maneәlәr ortaya çıxmasa, ilk
nüsxәlәr tezliklә nәzәrdә tutulmuş yerlәrә çatdırılacaqdır.
Әslindә, texniki çәtinliklәrdәn başqa (mәtbәә vә s.),
yaranacaq yeni şәraitlә bağlı digәr dәyişikliklәr dә mümkündür.
Sülh konfransının işinin gedişinә vә Müttәfiq dövlәtlәrin
keçmiş Rusiyadan ayrılmış әrazilәrә münasibәtinә gәldikdә
isә (bu barәdә 7 №-li mәlumatda geniş bәhs olunub), burada
hamıdan gec fәaliyyәtә başlamağımız hәlә gecikmәyimiz
sayıla bilmәz.
II
Digәr tәrәfdәn, unutmaq lazım deyil ki, mövcud hәyat
şәrtlәri aradan keçәn müddәt әrzindә, habelә indinin özündә
350 dә diqqәti bütünlüklә bir iş üzәrindә cәmlәmәyә imkan
vermir.
Bu bir ay әrzindә ortaya çıxan belә şәrtlәrdәn ikisi
üzәrindә dayanmaq lazımdır: birincisi, Könüllü Ordunun
tәcavüzkar hәrәkәtlәri barәsindә, nәhayәt, bizә gәlib çatan
xәbәrlәr; ikincisi, Qafqazda ingilislәrin italyanlarla әvәz
edilmәsi ilә bağlı yeni qarşılıqlı münasibәtlәrin tәzahür
etmәsi.
462
463
İyunun 13-dә Vilson, Lloyd Corc , Klemanso , Orlando,
Makinonun 464 imzaları ilә yayılan vә admiral Kolçak
hökumәtinin yarı tanınması tәsiri bağışlayan mәktubla
әlaqәdar öyrәndiyimiz şәrtlәr, tәbii ki, bizi hәddәn artıq
әsәbilәşdirir, memorandumu tezliklә başa çatdırmaq istәyimizin
qarşısını alır.
Hәmin tarixdәn iyunun 23-nә qәdәr vә sonra da bir
tәrәfdәn nümayәndә heyәtinin yığıncaqlarını keçirmişik,
digәr tәrәfdәn isә ayrılıqda dağlılarla, daha sonra isә gürcülәr