Page 319 - design_Topcubashov_Full_Layout 1
P. 319

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Digәr nümayәndә heyәtlәri dә eyni qәnaәtә gәliblәr.
           Bütün xahişlәrimizә, müraciәtlәrimizә, xatırlatmalarımıza,
           dәlillәrimizә, bir qayda olaraq, bәnzәr cavab verilirdi: “Sizin
           xatirinizә özümüzdәn asılı olan hәr şeyi etmәyә hazırıq.
           Sәfәriniz barәdә Parisә vә Londona teleqramla mәlumat
           çatdırmışıq. İndi cavab gözlәyirik. Ümid edirik ki, üç gündәn
           sonra müsbәt cavab gәlәcәk, nәhayәt, yola düşәcәksiniz.
           Aldığımız cavabla bağlı Sizә mәlumat verәcәyik”.
               Ancaq bizә heç bir mәlumat göndәrilmәdi. Bu günә
           qәdәr dә göndәrilmәyib. Mәnә elә gәlir ki, ingilis vә fransız
           nümayәndәliklәrini tәlәblәrimizin haqlı olduğuna inandırmaq,
           Parisә mümkün qәdәr tez getmәyin zәruriliyini әsaslandırmaq
           üçün gәtirdiyimiz bütün dәlil vә sübutlar artıq çoxdan
           tükәnib... Ancaq tәşәbbüslәrimiz heç bir sәmәrә vermәyib.
               Onlar (ingilislәr vә fransızlar – Tәrc.) da öz tәrәflәrindәn
           fәaliyyәtimizdә qüsur saydıqları bu vә ya digәr mәqamları
           dәrhal diqqәtimizә çatdırmaq fürsәtini әldәn vermirlәr.
               Belә yanlış mәqamlardan biri kimi, ingilislәrlә fransızlar  319
           heyәtimizin tәrkibindә Әhmәd bәy Ağayevin olmasını irad
           tuturlar. Mәsәlә buradadır ki, az qala nümayәndәlәrimizin
           gәlişinin ertәsi günü yerli mәtbuatın, әsasәn, fransız dilindә
           çıxan bir qismi, xüsusәn dә “Renaissance” 432  adlı fransızdilli
           ermәni qәzeti Әhmәd bәy  Ağayevin әleyhinә amansız
           kampaniya aparmağa başladı. Qәzet Әhmәd bәyi ittiha -
           dçıların 433  öndә gәlәnlәrindәn biri, Türkiyә Parlamentindә
           vә mәtbuatında onların atәşin tәmsilçisi vә fәal nümayәndәsi,
           Müttәfiq dövlәtlәrin әleyhdarı kimi qәlәmә verir. İttihad vә
           Tәrәqqi partiyasının, xüsusәn dә  Tәlәt-Әnvәr kabinetinin
           bütün günahları Әhmәd bәyin ayağına yazılır.
               Onun haqqında tәhqiqat başlanıb. İki dәfә mәni dә sorğu-
           suala tutdular. Nәhayәt, elan etdilәr ki, Azәrbaycan nümayәndә
           heyәti Әhmәd bәy Ağayevi özü ilә apara bilmәz. “Bu, bizim
           mәslәhәtimizdir. O, türk jurnalisti vә Türkiyә Parlamentinin
           üzvü kimi, әleyhimizә danışan vә yazan bir adam kimi
           arzuolunmaz şәxsdir”. Әhmәd bәyin әslәn Qarabağdan
   314   315   316   317   318   319   320   321   322   323   324