Page 312 - design_Topcubashov_Full_Layout 1
P. 312
Əlimərdan bəy Topçubaşov
indiyә qәdәr onları ala bilmәmişik. Admiral Bitti lap bu
yaxınlarda Parisdә gәmilәrin qaytarılması ilә bağlı
radioteleqram göndәrilәcәyini vәd etsә dә, yenә heç bir
dәyişiklik yoxdur.
Lord Hardinq. Bu mәsәlә mәnim üçün tam aydın deyil.
Çünki general Denikinin bu qәdәr ehtiyac duyduğu gәmilәri
sizә qaytarmağa heç bir maraq göstәrmәyәcәyi öz-özlüyündә
anlaşılandır.
Mәn. Axı hәmin gәmilәr bizimdir. Denikinin isә indi
bolşeviklәrә qarşı mübarizә aparmağa taqәti yoxdur.
Lord Hardinq. Bilirsiniz, bu, hәlә mәlum deyil. Amma
mәn belә düşünürәm ki, Denikin gәmilәri vermәyәcәk.
Mәn. Hәr halda, indiyә qәdәr bizә nә vәd olunan kömәk
göstәrilib, nә dә Denikinin Petrovskda saxladığı gәmilәr
qaytarılıb. Digәr tәrәfdәn, Sovet Rusiyasına münasibәtdә
siyasәtin ümumi gedişi ay yarım әrzindә, bizim de-fakto
tanınmağımızdan sonra kәskin şәkildә dәyişib. İndi Müttәfiqlәr
312 dә, elә ingilis hökumәtinin özü dә Sovet Rusiyası ilә iqtisadi
xarakterli danışıqlar aparmağa başlayıblar. Ölkәmizin Rusiya
ilә iqtisadi әlaqәlәri kifayәt qәdәr genişdir. Necә düşünürsünüz,
bәlkә, artıq bizim dә Sovet Rusiyası ilә danışıqlara başlama -
ğımızın yeri vә zamanıdır? Lakin öncәdәn Böyük Britaniya
hökumәtinin fikrini bilmәdәn belә bir addım atmaq istәmәzdik.
Lord Hardinq. Sovet Rusiyasına münasibәtin dәyişilmәsi
mәsәlәsindә haqlısınız. Bizim hökumәtin Azәrbaycana
yanaşma tәrzi Finlandiya, Latviya, Litva, Polşa vә başqalarına
münasibәtimizdәn fәrqli ola bilmәz. Mövqeyimizlә maraqlanan
hәr kәsә bildirmişik ki, istәnilәn ölkә fәrdi maraqlarından
çıxış edәrәk vә tәbii ki, bütün mәsuliyyәti yalnız öz üzәrinә
götürәrәk, bolşeviklәrlә bu vә ya digәr anlaşmalar imzalamaq
mәsәlәsindә sәrbәstdir. İndi eyni sözlәri sizә dә demәliyәm:
әgәr hesab edirsinizsә ki, bolşeviklәrlә hәr hansı sahәdә
әmәkdaşlıq etmәk Azәrbaycana lazımdır, o zaman mәsuliyyәti
üzәrinizә götürüb bu addımı ata bilәrsiniz.