Page 307 - design_Topcubashov_Full_Layout 1
P. 307
Ә.TOPÇUBAŞOVUN OSMANLI SULTANI
VI MEHMETLӘ SÖHBӘTİNİN YAZISI
Ә.Topçubaşov. Allahın mәrhәmәti sayәsindә mәqsәdimә
yetişdim – bütün müsәlmanların xәlifәsini vә türklәrin
padşahını görә bildim.
Әlahәzrәt, bir müddәt bundan öncә Siz kiçik türk dövlәti
Azәrbaycanın nümayәndәlәrini qәbul edәndә mәrhәmәt
göstәrib belә buyurmuşdunuz: “Azәrbaycan türklәri mәnim
sevimli övladlarımdır”. Biz azәrbaycanlılar layiq görüldüyümüz
bu böyük şәrәfi hәr zaman mәmnunluq hissi ilә xatırlayırıq.
Zati-alilәrinizin izni ilә uca hüzurunuzda bildirirәm ki, bir
neçә yüz il әrzindә rus әsarәti altında yaşayan azәrbaycanlılar
islam dininә vә türk soyuna mәhәbbәt naminә, millәt sevgisi
vә inamları naminә hәr cür fәlakәtlәrә, әdalәtsizlik vә
hәqarәtlәrә dözmәk mәcburiyyәti qarşısında qalıblar.
Ey böyük Padşah, biz azәrbaycanlıları gözü götürmәyәnlәr 307
hәmişә çox olub vә bu gün dә az deyillәr. Lakin
azәrbaycanlıların heç vaxt bu düşmәnlәrdәn qorxmadıqlarını
hüzurunuzda bәyan etmәyә özümdә cәsarәt tapıram. Çünki
bilirdilәr ki, Sizin simanızda azәrbaycanlıların böyük dostları
var.
Sultan. Dostları yox, qardaşları! (Padşah hәzrәtlәri
sözümә düzәliş verdi).
Ә.Topçubaşov. Göstәrdiyiniz ali lütfkarlıqla Siz bir daha
kiçik Azәrbaycanı yüksәklәrә qaldırdınız. Biz Azәrbaycan
türklәri hәmişә bütün müsәlmanların xәlifәsinin, Osmanlı
padşahının vә bizim böyük qardaşımızın himayәsinә sığınaraq
yaşamaq istәmişik vә bu gün dә istәyirik.
Sultan. Tәşәkkür edirәm. İnanın ki, mәn özüm vә bütün
türklәr azәrbaycanlıların qardaşlarıyıq vә bu qardaşlıq
әbәdiyyәtә qәdәr sürmәlidir. Biz sizi hәmişә әn yaxın,
sәmimi simsarlarımız saymışıq vә bu gün dә eyni fikirdәyik.