Page 289 - design_Topcubashov_Full_Layout 1
P. 289

Ә.TOPÇUBAŞOVUN İRAN XARİCİ İŞLӘR
              NAZİRİ ӘLİQULU XANLA               408  BİRİNCİ
                         SÖHBӘTİNİN YAZISI


                               9 yanvar 1919-cu il, saat 11.30–12.00
                                                  Pera Palas hoteli

               Fars nümayәndә heyәti, xüsusәn dә onun başçısı – xarici
           işlәr naziri, Müşavirül-Mәmaliklә görüş üçün ağız açmağa
           bir az tәrәddüd edirdim. Onların salonda hamıdan ayrı
           oturmaları, şәxsi xahişimlә yanlarına gedәn M.Mirzәyevә
           verdiklәri cavab (“biz türkcә danışmırıq” – nazirin, sonradan
           öyrәndiyimiz kimi, hüquq mәktәbindә oxuyan oğlu rusca
           belә demişdi), fars hökumәti ilә aramızda olan ümumi
           narazılıq, xüsusәn dә buradakı İran elçisi ilә söhbәtim mәnә
           xoşagәlmәz bir anlaşılmazlığın meydana çıxması qorxusunu
           tәlqin edir vә onlarla söhbәtdәn çәkindirirdi.
               Tәsadüfәn iki gün sonra fars nazirinin yanına getmәyә   289
           hazırlaşan tәbrizli Seyid  Aslanı gördüm. Xahiş etdim ki,
           nazirlә görüşmәk istәdiyim barәdә işarә vursun. Seyid Aslan
           mәnә elә hәmin gün cavab gәtirmәyә söz verdi vә sözünün
           üstündә durdu. Lakin istәnilәn halda belә münasibәti qeyri-
           normal saydığımdan, katibim Haşım bәyin 409  başına Qafqaz
           papağı qoyub, vizit kartımla birlikdә nazirin yanına göndәrdim.
           Haşım bәy çox tez qayıtdı vә Müşavirül-Mәmalikin mәni
           görüşә dәvәt etdiyini xәbәr verdi. Dәrhal getdim vә onun
           yanında, deyәsәn, fars  Azәrbaycanından olan şair Daneş
           bәyi 410  gördüm. Nazir mәni çox lütfkarlıqla qәbul edib divanda
           yanında oturtdu. Özümü tәqdim etmәyә imkan tapmamış
           bütün sifәtinә yayılan tәbәssümlә dedi: “Yәqin, unutmusunuz,
           sizinlә çoxdan tanışıq. Keçmiş elçi Mirzә Hәsәn xan Müşirül-
           Mülklә 411  birlikdә Bakıda evinizdә qonaq olmuşduq. İndi dә
           orada toplaşmış müsәlman ziyalıları ilә xoş söhbәtlәri
           mәmnuniyyәtlә xatırlayıram. Cәnabınızı sağ-salamat görmәkdәn
           çox-çox şadam. İzin verin, sizi Daneş bәylә tanış edim”.
   284   285   286   287   288   289   290   291   292   293   294