Page 288 - design_Topcubashov_Full_Layout 1
P. 288
Əlimərdan bəy Topçubaşov
xalqların ayrılması Rusiyaya azı 65–68 milyard borc vermiş
Müttәfiqlәri qorxutmaya bilmәz. Onlar üçün vahid Rusiya
ilә, tәk borclu ilә iş görmәk, kapitalını geri almaq bir-
birindәn yoxsul vәziyyәtdә olan bir düjün yeni dövlәtdәn
borc qoparmaqdan daha asandır. İşin mahiyyәti dә, deyәsәn,
elә buradadır. Aydın mәsәlәdir ki, Müttәfiqlәri әks mövqenin
mümkünlüyünә inandırmaq olsa, o zaman yeni dövlәtlәrin
tanınması prosesi әhәmiyyәtli dәrәcәdә asanlaşardı.
Yeri gәlmişkәn, Ukrayna mәsәlәsinә gәldikdә, V.İ.Savitski
dә bir daha tәsdiq etdi ki, Ukraynanın müstәqilliyi, hәqiqәtәn
dә, anlaşılmazlıqdır. Çünki ziyalı malorosslar sırasında
sәmimi şәkildә Rusiyadan ayrılmaq istәyәn bir nәfәr dә
tapılmaz. Bu da özlüyündә aydın mәsәlәdir, çünki ruslarla
malorosslar arasında heç bir fәrq yoxdur. Üstәlik, bu da
azmış kimi, Skoropadski dә daxil, bütün Ukrayna nazirlәri
Rusiya ilә birlәşmәyin qızğın tәrәfdarlarıdır.
288 А.М.Топчибашев. Дипломатические
беседы в Стамбуле. 1918–1919 гг.
Баку, 1994, с. 100–106.