Page 283 - design_Topcubashov_Full_Layout 1
P. 283
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
hәyatınızı rifah vә firavanlıqla qurmağı arzulayırıq. Amma
bәyan edirәm ki, azәrbaycanlılar bundan sonra ruslarla bir
yerdә yaşamaq istәmirlәr. Hәm dә tәk azәrbaycanlılar yox,
bütün qafqazlılar eyni fikirdәdir. Ola bilsin ki, Tersk vә
Kuban vilayәtinin kazakları istisna tәşkil etsin. Birincisi,
baxın, bizә çatana qәdәr neçә yeni qurum var: Don, Kuban,
Şimali Qafqaz Respublikası, Dağıstan. Demәli, fiziki әlaqә
kәsilib. Lakin mәnәvi әlaqә, xüsusәn dә sosial-siyasi
dünyagörüşündә üzә çıxan әlaqә daha ciddi әhәmiyyәtә
malikdir. Bu mәnada aramızda böyük fәrq olub vә indi dә
qalır. Hәtta ona heyrәtamiz bir uyğunsuzluq deyәrdim.
Keçmiş rejim bu cәhәti nәzәrә almırdı. Rusların bizi bәdbәxt,
geridә qalmış xalqa çevirәn әn qorxunc sәhvi dә burada idi.
Amma әslini axtarsanız, Allah azәrbaycanlıları nә fitri
qabiliyyәt, nә dә zәhmәtә mәhәbbәt baxımından heç kimdәn
әskik yaratmayıb. Әgәr yenә dә Rusiya ilә olmağımızı
istәyirsinizsә, demәli, tale bizi әvvәlki kimi bәdbәxt görmәk
istәyir. Çünki xalqımız Rusiya әyalәtlәrindә dәrin kök salan, 283
bütün Mәrkәzi Rusiyanı bürüyәn vә sonradan bolşevizmә
çevrilәn ifrat sosializmdәn tamam uzaqdır. Әgәr tәzәdәn bir
araya gәtirilsәk belә, ölkәdә özümüzü hәmişә işlәrin gedişinә
mane olan durumda görәcәyik. Digәr tәrәfdәn, yenә gerilik
vә cәhalәt girdabına düşәcәyik. Azәrbaycanlıların sayı 5–6 mil -
yondur, Vilson prinsiplәrinә uyğun şәkildә hәyatımızı müstәqil
qurmaq üçün tәlәb olunan hәr şeyimiz var. Ona görә dә
yaxın qonşularımızla birlikdә bundan sonra hәr zaman
müstәqilliyә can atacağıq.
Sazonov. Demәli, siz güman edirsiniz ki, Rusiya sosialist,
hәtta bolşevik dövlәti kimi qalacaq? Әgәr biz bunu istәyiriksә,
demәli, özümüzә mәhvә mәhkum bir hәyat arzulayırıq.
Lakin biz ruslar bundan sonra da yaşamaq istәyirik. Rusiya
yenidәn qurulacaq. Tәbii ki, o, әvvәlki Rusiya olmayacaq,
dürüst idarәçiliyә, bütün xalqlara sәrbәst yaşamağa imkan
verәn mükәmmәl sistemә malik bir ölkәyә çevrilәcәk. Siz